Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan Respublikası Prokurorluğunun Tarix Muzeyi
Baxış sayı:
  • Ünvan:
    Nigar Rəfibəyli, Bakı, Səbail, AZ1001
Avtobus
AZPTMAzərbaycan Prokurorluğunun tarixi keçmişinin öyrənilməsi, hüquqşünaslarımızın gənc nəslinin prokurorluğun tarixinə ehtiram ruhunda tərbiyə olunması, prokurorluğun müsbət fəaliyyətinin indiki və gələcək nəsillərə çatdırılması, prokurorluq orqanlarının fəaliyyətinin ictimaiyyət arasında təbliğinin genişləndirilməsi sahəsində görülən əhəmiyyətli işlərdən biri Azərbaycan Prokurorluğunun Tarix Muzeyinin yaradılması olmuşdur. Azərbaycan Respublikası Prokurorluğunun Tarix Muzeyi 3 zal, prokurorluq işçilərinin geyim formaları və fərqlənmə nişanlarının nümayiş olunduğu xüsusi hazırlanmış bölmə, həmçinin müasir avadanlıqlarla təchiz edilmiş iclas zalından ibarətdir.2000-ci ilin aprel ayından başlayaraq prokurorluqda aparılan islahatların məntiqi davamı prokurorluğun mətbu orqanının təsis edilməsi olmuşdur. Zalın xüsusi ayrılmış guşəsində “Azərbaycan Prokurorluğu” jurnalının bütün sayları nümayiş olunur. Azərbaycan Respublikası Prokurorluğunun tarix muzeyinin xüsusi ayrılmış bölməsində prokurorluq işçilərinin geyim formaları və fərqlənmə nişanları nümayiş olunur. Orada Azərbaycan SSRİ prokurorluq işçilərinin keçən əsrin 40-90-ci illərində xidməti istifadələrində olmuş geyim formaları, həmçinin hazırkı vaxtda mülki və hərbi prokurorluq orqanlarının qadın və kişi əməkdaşlarının istifadəsində olan yay və qış geyim formaları, fərqlənmə nişanlarının təsviri nümayiş olunur.
Son xəbərlər