Facebook Pixel Code
GoMap XƏRITƏ
Bakı Venesiyası
Baxış sayı:
  • Ünvan:
    Neftçilər, Bakı, Səbail, AZ1000
Avtobus
Bakı VenesiyasıDənizkənarı Milli Parkda Venesiya şəhərciyi 1960-cı illərdə memar Ömər Qoçulunun layihəsi əsasında tikilmişir. “Venesiya” su şəhərciyi uzunmüddətli təmirdən sonra 2012-ci ildə yenidən istifadəyə verilmişdir. Yeni Venesiya su şəhərciyi köhnə Venesiyadan görünüşünə görə tamamilə fərqlənsə də, məğz eynidir. Təmirdən sonra şəhərciyin su tunelləri yenidən tikilmiş, sahəsi genişləndirilmiş, işıqlandırma sistemi yenilənilənmişdir. Su təmizləyən qurğular suyun daima şəffaf olmasına şərait yaradır. Şəhərcikdə 2 böyük, bir neçə kiçik ada var. Böyük adalarda qotika üslubunda restoranlar fəaliyyət göstərir. Onlardan birində milli mətbəx təamları verilir. Bakı Venesiyasının sahəsi 10000 kvadratmetrdir. Venesiya su şəhərciyini gəzmək üçün İtaliyadan gətirilən 8 qayıq ayrılmışdır. Qayıqlar 4 nəfərlikdir.
Son xəbərlər