Facebook Pixel Code
GoMap XƏRITƏ
Maxta Kültəpə arxeoloji qazıntısı
Baxış sayı:
  • Ünvan:
    Şərur, AZ6828
Avtobus

Şərur rayonunun Мaxta kəndindən qərbdə, Araz çayının sol sahilində yerləşir. İlk Tunc dövrünə aid yaşayış yeridir. 1985-ci ildə qeydə alınmışdır. Yer səthindən 2 m hündürlükdəki təpədən ibarət olub, əkin sahələri, qərb tərəfdən kanalla məhdudlaşır. Onun cənub-qərb hissəsi dəmiryolu çəkilərkən dağıdılmışdır. Yaşayış yerinin salamat qalan hissəsinin sahəsi 3 ha-dır. 1988-1989-cu illərdə V.H.Əliyev və S.H.Aşurov tərəfindən yaşayış yerində 100 m2 sahədə tədqiqat işləri aparılmış, daş təməl üzərində çiy kərpicdən hörülmüş tikinti qalıqlarına, gil qab parçalarına və ocaq qurğusunun hissələrinə rast gəlinmişdir. Arxeoloji qazıntılar nəticəsində boz rəngli qab nümunələri, dən daşları, həvəng və dəstələr, obsidian və çaxmaqdaşıdan hazırlanmış oraq dişləri, obsidian ox ucluqları, sürtgəclər və s. əldə olunmuşdur. Kəşfiyyat xarakterli tədqiqatlar zamanı yaşayış yerinin əhatə etdiyi ərazidə daşdan tikilmiş qədim məbəd, onun içərisində isə daş bütlər aşkar edilmişdir. Abidə e.ə. III minilliyə aid edilir. Yaşayış yerinin keramika məmulatı və tikinti qalıqları Kür-Araz mədəniyyətinin orta mərhələsinə aiddir.

Vəli Baxşəliyev Azərbaycan arxeologiyası

http://www.nakhchivan.az/portal-1/arxeoloj-qaz.htm

Son xəbərlər