Facebook Pixel Code
GoMap XƏRITƏ
Nargin adasında mayak
Baxış sayı:
  • Ünvan:
    Bakı, AZ1101
Avtobus
Nargin (Böyük Zirə) mayakı - Xəzərin Bakı körfəzində yerləşən Böyük Zirə (əvvəlki adı Nargin) adası açıq havada sahildən çox aydın görünür. Adada yerləşən mayak gecə-gündüz gəmilərə, durna qatarlarına yol göstərir. Əhalini Bakı buxtasında dəniz səyahətinə aparan kiçik gəmilər adanın yaxınlığında dövrə vurarkən rəmzi olaraq fit verir. Əslində bu fit, dənizin ortasında baş qaldırmış bir ovuc qayalıq torpaqda şəhid olmuş yüzlərlə günahsız insanın əziz xatirəsinə dərin ehtiram əlamətidir.1884-cü il, dekabrın 11-də adada ilk mayak inşa edilib. Mayak 1941-ci ildə faşist qırıcılarının kəşfiyyat uçuşları ilə əlaqədar Sovet hərbi komandanlığı tərəfindən dağıdılıb. 17 il sonra, 1958-ci ildə daşdan bərpa edilib, hündürlüyü 18 metrdir. Mayak hazırda fəaliyyət göstərir. Mürəkkəb optik-naviqasiya sistemi ilə təchiz edilib. Mayak günəş batareyaları ilə təmin edilir. 1907-ci ilədək mayak funksiyasını Qız Qalası yerinə yetirib.Adaya 1719-cu ildə rus çarı I Pyotr dövründə "Nargin" adı verilib. Ada Fin körfəzində yerləşən Nargin (estonca, "dar boğaz") adasına bənzədiyi üçün, ona bu ad verilib. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ada yenidən Böyük Zirə adlandırılmağa başlayıb. Birinci Dünya müharibəsi zamanı Türkiyə cəbhəsində ruslara əsir düşən əsgərlər bu adada saxlanılıb və işgəncələrə məruz qalıb. Tarixi qaynaqlarda göstərilir ki, türk əsirlərin böyük əksəriyyəti aclıqdan, susuzluqdan, ilançalmadan və erməni xainlərin gülləsindən şəhid olub. O dövrdə rus ordusu ilə əməkdaşlıq edən erməni əsgər və zabitlərin türklərə dəhşətli işgəncələr verməsi barədə tarixi faktlar mövcuddur. Bəzi məlumatlara görə, Böyük Zirədə 10 min türk əsgəri öldürülüb. 1937-38-ci illərin repressiyaları dövründə də Azərbaycanın bir sıra ziyalıları bu adada qətlə yetirilib.http://aztc.gov.az/az/posts/id:332http://report.az/multimedia/boyuk-zire-mayaki/http://metbuat.az/news/83381/boyuk-zire-mayaki.html
Son xəbərlər