Facebook Pixel Code
GoMap XƏRITƏ
Bayraməli hamamı
Baxış sayı:
  • Ünvan:
    Sülh, Bakı, Xəzər, AZ1046
Avtobus
Bayraməli hamamı - Qala kəndində olan qədim hamamlardan yalnız biri bu günədək fəaliyyət göstərir. Həmin hamam cox vaxt “Cümə hamamı”yaxud da “Bayraməli hamamı” adlanırmış. Giriş hissəsindəki epiqrafik yazıdan məlum olmuşdur ki, hamam 1881-ci ildə Bayraməli adlı şəxs tərəfindən təmir edilmişdir. Demək ehtimal var ki, hamam daha qədim ola bilər (XII-XIV əsrlərə). Hamam 2 hissədən ibarətdir. Soyunmaq və yuyunmaq yerləri. El hamamlarına gəlmək üçün qadınlar və kişilər üçün ayrıca günlər olardı. Bu hamamdan hal-hazırda Azərbaycan xalqının adətlərindən biri olan “Bəylik hamamı” kimi el adəti ilə oğul evləndirəndə bəyi hamama gətirmək üçün istifadə olunur. Keçmışdə gəlinləri oğlanın anası, bacısı hamamda görüb bəyənərdilər. Belə bir deyim də var idi: ”Qız bəyənəndə onu ya hamamda bəyən, ya da səhər –səhər əl üzünü yuyanda”.
Son xəbərlər