Facebook Pixel Code
GoMap XƏRITƏ
Koroğlu qalası
Baxış sayı:
  • Ünvan:
    Tovuz, AZ6000
Avtobus

Tovuz rayonunun ərazisində olan Koroğlu qalası Xatıncan kəndi ilə Qalabad kəndi arasında, çay sahilində, ən uca qaya üstündə tikilmişdir. Bu qala da çox dağıntıya uğradığından, onun memarlıq quruluşınu aydınlaşdırmaq çətindir. Qala XVII əsrə aid edilir.

Zəyəm çayının sol sahilində yüksələn qala coğrafi mövqeyinə görə ətraf ərazi üzərində dominant idi. Qala ilə çay sahili arası enişdir və bu enişdə qədim yaşayış yerlərinin izləri gözə dəyir. Qalanın şimal tərəfi sıldırım qayalığa dirənir. Həmin qayalıq üstündə hörülən divarlar müdafiəyə tam yararlı şəkildə salınmışdır. Qərbdən Koroğlu qalasını sərt yamaclar, sıldırım qayalar dövrələyir. Qayalıq qalanın cənub tərəfində də davam edir. Onu dövrələyən sıldırım qayalar bir çox yerlərdə daş hörgü ilə möhkəmləndirilmişdir. Şimal hissədə qala divarlarının qalıqları da çoxdur. Bütün bunları nəzərə alaraq, qeyd etmək olar ki, Xatıncan kəndindəki Koroğlu qalasının təbii müdafiə imkanları çox yüksək olmuşdur. Qalanın içərisində daş hörgülü möhkəm divarlardan ibarət su hovuzu var. Həmçinin təsərrüfat əhəmiyyəti olan quyulara da rast gəlmək mümkündür.

Tovuz rayonunun Yuxarı Öysüzlü kəndi ərazisində başqa bir Koroğlu qalası da var. Bu qalanm tikintisi daşdan aparıldığından divar və bürclər qayaların dinamik biçimlərinə qaynayıb-qarışmış, təbii görünüş almışdır. Bəzi tarixi ədəbiyyatlarda qalanın gizli yolunun olduğıı bildirilir.

http://www.anl.az/down/medeniyyet2009/yanvar/medeniyyet2009_yanvar_114.htm

 

Son xəbərlər