Facebook Pixel Code
GoMap XƏRITƏ
Löh (Lev) qalası
Baxış sayı:
  • Ünvan:
    Kəlbəcər, AZ3200
Avtobus

Kəlbəcər rayonunda olan dağ qalaları içərisində ən əzəmətlisi Lev Qalasıdır. Qala Qanlıkənd kəndi ərazisində Lev çayının sağ sahilindən 600 metrə yaxın məsafədə meşəli uca dağ belində salınmışdır. Adı qalanın formasını tamamlayırdı. Qalanın beli dəvə boynuna oxşayır. Qalaları tədqiq edənlərin fikirincə, bu qalalar karvan yollarının üstündə tikilirmiş ki, bununla da həmin yollara nəzarət olunurmuş. Üç tərəfdən sıldırım qaya və uçurumlarla əhatə olunmuş qalanın uzunsov, dağ relyefinə uyğun mürəkkəb plan quluşu var. Yalnız şimal-qərb tərəfdəki dar cığırla qalanın şimal-şərq ucundakı tək giriş qapısına qalxmaq olur. Qalanın içərisinin uzunluğu 90 metrə yaxın, eni 35–40 metr arasındadır. Onun içqalası qala ərazisinin hündür cənub-qərb küncündə yerləşir. Qalanın divarları bir neçə yarımdairəvi bürclə möhkəmləndirilmişdir. Tək qala qapısı isə iki dairəvi bürc arasında yerləşir. Qala divarlarının orta qalınlığı 1,3 metrdir. Qala içərisində tikinti xarabalıqları, qaya içində qazılmış su tutarları, ərzaq yerləşgələri və s. qalmışdır. “Löh” qalasının başında qayadan yonulmuş, dərinliyi 3-5 metrə çatan quyular var ki, burada ya ərzaq, ya da su saxlanılırmış. Həmin quyuların içərisindən nəhəng palıd ağacları bitib qalxmışdır ki, hər birinin diametri 30-40 sm. olardı. Qalanın Lev çayı istiqamətində iki mağara aşkar olunmuşdur ki, bura ən qədim insan məskənləri hesab olunur. Yayda olduqca sərin, qışda isə isti olan bu mağarada istənilən ərzaq məhsulunu bir ay saxlamaq olurdu, keyfiyyəti itmirdi.

Lev qalası çevrəsindəki dağlarda mövcud olan gözətçi qüllə və kiçik peyk qalalar sisteminə daxil idi. Bu dağlardan biri onun zirvəsində olan qalanın funksiyasına uyğun adını saxlamışdır — Qaravul dağı. Qaravuldan isə başqa bir qala — Comərd qalası görünür. Lev qalası XIII–XIV yüzilliklərin abidəsidir.

“Xos meşəsi” adlanan yerdəki abidənin və buradakı məzar daşlarında alban xaçı olsa da, yaxınlıqdakı, “Löh” qalası hələ albanlardan qat-qat əvəllər mövcud olmuş insan məskənlərindən biridir. Vaxtilə ötən əsrin birinci yarısında Aşıq Ələsgər Löh qalasının boynunda özünə qazma bir daxma düzəldib, burada yaşamışdı. Löh çayının üstündəki dəyirmanda da günlərini keçirirdi.

http://www.agdaban.org/abideler.php

http://www.525.az/view.php?lang=az&menu=23&id=16256

http://www.shamilesgerov.com/350601xsiyy601t.htm

 

Son xəbərlər