Facebook Pixel Code
GoMap XƏRITƏ
Nial qalası
Baxış sayı:
  • Ünvan:
    Lahıc yolu, İsmayıllı, AZ3123
Avtobus

Niyal qalası – Qala İsmayıllı rayonunun Lahıc və Basqal kəndlərinin arasında yerləşir. Qalanın VII əsrə aid olduğu güman edilir. Azərbaycan Ərəb xilafəti tərəfindən işğal olunan zamanlar ərəblər qarşı mübarizə aparmış məşhur alban hökmdarı Cavanşirin yay iqamətgahı Niyaldağın şimal yamacında, yəni Lahıc tərəfdəki yamacda yerləşirdi. Hal-hazırda Niyaldağın Lahıc yamacında Cavanşir hökmranlığının mühafizə obyektlərindən və o günlərin şahidlərindən biri olan Niyal qalasının qalıqları yaşayır. Bu qala qalıqlarının divarları arasından Lahıca təkrar olunmaz bir mənzərə açılır və qalanın yerinin təsadüfən seçilmədiyi anlaşılır. Fit dağından Niyal dağına qədər dağların üstü ilə vaxtı ilə mövcüd olmuş araba yolunun qalıqları da , Niyal qalasından başlayan yeraltı yolun qalıqları da bu yerlərin qedim tarixə malik olmasını bir daha sübut etməkdədir.

http://ismayilli-ih.gov.az/index.php?/az/content/183/

Son xəbərlər