Facebook Pixel Code
GoMap XƏRITƏ
Dairəvi qala (Zindan, XVIII əsr)
Baxış sayı:
  • Ünvan:
    Fikrət Məmmədov, Lənkəran, AZ4200
Avtobus

Lənkəran qalası ilə eyni vaxtda 1747-1786-cı illərdə inşa edilmişdir. Qalanın peyki, oxşarı olan ikinci tikili Mayakdır. Deyilənlərə görə İran şahı Nadir şah 1747-ci ildə Lənkərana gəlmiş və buraya Səfəvi nəslindən olan Seyid Abbas Nadir şahın fərmanı ilə Talışın hakimi elan edilmişdir. Elə həmin ildə də buranı möhkəmləndirmək məqsədi ilə bu qalanın inşasına başlanmışdır. Lakin sonradan Nadir şahın ölümündən sonra Seyid Abbas xan öz müstəqilliyini elan etmişdir və bu iki qala ümumi Lənkəran qala sisteminin iki tərəfdən dayaq məntəqələrinə çevrilmişdir. Hətta Lənkəran qalasının ümumi sahəsi Bakı qalasından demək olar ki, iki dəfə böyük olmuşdur. Bu qala 1869-cu ilə kimi burada baş verən müharibələrdə mühüm müdafiə və dayaq məntəqəsi rolunu oynamışdır. Rus qoşunlarının işğalından sonra ümumi qala divarları dağıdılmış və hərbi qala ləğv edilərək, bu möhtəşəm tikili həbsxana kimi istifadə edilməyə başlanmışdır. Deyilənlərə görə Zindan ilə Mayak arasında olan gizli yeraltı yol ilə dustaqlar bura gətirilirmişlər, bu da bura gətirilənlərin məxfiliyini təmin edirmiş, hətta məşhur adamlardan İossif Stalin də poçt qatarının qarətində tutulduqdan sonra bir müddət burada dustaq olmuşdur. Deyilənə görə bu keçidlə iki nəfər çox asanlıqla mayakdan qalaya qaladan da mayaka doğru asanlıqla hərəkət edə bilib. Lənkəran rütübətli zonada yerləşdiyindən həmin keçid zaman-zaman deformasiyaya uğrayıb və sonralar tamamilə dağılıb. Dairəvi Qala 1970-ci ilə kimi həbsxana kimi istifadə edilmişdir. Digər abidələr kimi dairəvi qala da şəhərin görünüşünə gözəllik gətirir. Prezident İlham Əliyevin sərəncamı ilə 2006-cı ildən Qalanın bərpasına başlanılıb. Bu müddətdə tarixi abidədənin dam örtüyündən tutmuş döşəməsinə kimi hər bir yeri yenilənib.

http://lankaranmks.jimdo.com/tarixi-abid%C9%99l%C9%99rimiz/

http://senaturk.azeriblog.com/2009/06/28/lenkeran-22

 

Son xəbərlər