Facebook Pixel Code
GoMap XƏRITƏ
Dördkünc qəsr
Baxış sayı:
  • Ünvan:
    Kiçik Qala, Bakı, Səbail, AZ1001
Avtobus
DÖRDKÜNC QƏSR Bakı şəhərində müdafiə istehkamları tikilərkən, qala divarlarının əzəmətini, möhkəmliyini qoruyub saxlamaq və müdafiə sistemini daha asanlaşdırmaq üçün möhtəşəm bürclər də qala divarının ayrılmaz hissəsi kimi inşa olunmuşdur. Orta əsr müəlliflərinin yazdığına görə Bakı şəhərinin 70 yarımdairəvi və şimal qala divarlarının içində yerləşən bir dördkünc qala tipli bürcü var idi. Orta əsrlərdə, istər dinclik dövründə, istərsə də müharibə şəraitində bu qaladan silah anbarı kimi istifadə olunmuşdur. Qala-bürcün tikilməsi əsasən iki məqsəd daşıyırdı. Qala divarlarının görüntüsünün möhtəşəmliyini artıraraq Bakının şimal tərəfdən müdafiəsini daha da möhkəmləndirmək üçün ərazini nəzarətdə saxlamaq və qapalı, geniş əraziyə malik qaladan silah anbarı kimi istifadə etmək. Bu dördkünc qalanı donjon da adlandırırlar. “Donjon” fransız sözü olub müdafiə qalası kimi tərcümə olunur.Abidədə 2014-cü ildə “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi tərəfindən əsaslı şəkildə təmir-bərpa işləri aparılmış və sonra İncəsənət Qalası adı ilə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi olaraq fəaliyyət göstərməyə başlamışdır.
Son xəbərlər