Facebook Pixel Code
GoMap XƏRITƏ
Həmzə Soltan sarayı
Baxış sayı:
  • Ünvan:
    Hüsülü kənd yolu, Laçın, AZ4100
Avtobus

Həmzə Soltan sarayı – Saray Laçın rayonunun Hüsülü kəndində yerləşir. Sarayın tikilmə tarixi 1761-ci ilə ehtimal edilir. Müşahidə zamanı kompleksin uçuq divarları arasında şah sarayının ətrafı qalın qala divarları ilə çevrələndiyiaçıq görünür. Sarayın ümumi mənzərəsindən aydın olur ki, qəsrin hündür qülləsi olub. Qəsrin cənub tərəfinin küncündə giriş qapısı var idi. Gözəl tağlı tavanları qalın yan divarlara bərkidilən saray ikimərtəbəlidir. Saray geniş və böyük zala xeyli sayda yardımçı otaqlara və divanxanaya malikdir. Sarayın qapı və pəncərələri incə işləmələrlə qoz ağacından hazırlanıb. Binanın tikintisində şərq memarlıq ənənələrindən geniş istifadə edilib. Ehtimala görə burada sultanlıq 1700-cü ildə yaranıb və Zəngəzur vilayətinin böyük bir hissəsini idarə edib. Saray binası yerli daşlardan və gəc-əhəng qatışığından inşa edilib. Ermənistan hökuməti 2007-ci ildən öz daxili qərarı ilə bu kəndin adını dəyişdirərək Melikatun adlandırmış, “Həmzə Soltan” sarayını təmir edərək turistlərin qonaq evi (hotel) kimi istifadə edirlər.

http://www.paritet.az/qarabagdefteri/2002.txt

Son xəbərlər