Facebook Pixel Code
GoMap XƏRITƏ
Cənub darvazası
Baxış sayı:
  • Ünvan:
    Çuxur Qəbələ kənd yolu, Qəbələ, AZ3613
Avtobus

Cənub darvazası (Qəbələ) – Qədim Qəbələ şəhərinin Qala hissəsinin müdafiə divarları elə ilk baxışdan möhtəşəmliyi ilə diqqəti cəlb edir. Bu günə qədər özünün ilkin görkəmini saxlamış olan cənub divarları xüsusilə daha əzəmətlidir. Qalanın əsas qapısı da cənub tərəfdəndir. Qapının özü hal - hazırda qalmayıb. Darvazanın yeri boşdur. Qapının 10-14 metr hündürlükdə olduğu güman edilir. Qapı yerinin sağında və solunda olan nəhəng bürclər demək olar ki, tam salamat vəziyyətdə qalmaqdadır. Yalnız bəzi yerlərdə bünövrə hissəsini möhkəmləndirmək məqsədilə XX əsrin ortalarında orada müəyyən bərpa işləri aparılmışdır. Qala divarlarının bünövrə hissəsi dördkünc formada yonulmuş iri tuf daşlardan, yuxarı hissəsi isə müxtəlif ölçülü bişmiş kərpiclərdən istifadə olunmaqla hörülüb. Tikintidə ölçülərinə görə fərqlənən 15 növ kərpicdən istifadə olunub. Maraqlı burasıdır ki, qalanı tikən ustalar bişmiş kərpiclərin ölçü və düzülüş müxtəlifliyindən məharətlə istifadə etməklə sözün əsl mənasında nadir memarlıq nümunəsi yarada bilmişlər. Zəngin və rəngarəng memarlıq üslubu qala bürclərində daha aydın görünür. Yeri gəlmişkən,deyək ki, qalanın cənub divarında 4 bürc qalıb. Onların hamısı yarımdairəvi formadadır. Hündürlüyü təqribən 10-14 m, diametri 6-8 m, divarlarının qalınlığı isə 4 m olan qala bürclərində 70 cərgəyədək bişmiş kərpicdən istifadə olunub. Məlumat üçün bildirək ki, 80-ci illərin ortalarında F. Qədirov tərəfindən səhərin cənub qala divarlarının arxeoloji cəhətdən öyrənilməsinə cəhd göstərilib. Bu məqsədlə qala darvazası ətrafında aparmış qazıntılar zamanı çoxsaylı küp qəbirləri aşkar edilmişdir.

http://www.anl.az/down/meqale/xalqqazeti/xalqqazeti_yanvar2009/66781.htm

Son xəbərlər