Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
İmarət
Baxış sayı: 6046
  • Ünvan:
    Füzuli, AZ1900
Avtobus

Şükür bəyin imarəti – Füzuli rayonunun Qoçəhmədli kəndində məscidlə üzbəüz və nisbətən dağın zirvəsinə doğru bir yastanada təbii əhəng daşı ilə tikilmiş ikimərtəbəli yaşayış binası diqqəti cəlb edir. Binanın açıq eyvanına düzülmüş səkkizbucaqlı daş sütun və həmin sütunlar üzərində yarımdairə şəkilli tağbəndlər Yuxarı Gövhərağa məscidinin tağbəndləri ilə oxşarlıq təşkil edir. Ayrı-ayrı üç sal daşdan yonulub quraşdırılmış sütunlar öz rənginə görə bina divarlarına düzülmüş təbii əhəng daşından fərqlənir. Yaşılımtıl mərməri xatırladan bu daş növü yerli sakinlərin dediyinə görə yaxınlıqdakı Bulutan adlı karxanada çıxarılır. Şükür bəyin imarətinin eyvanına düzülmüş incə və mütənasib qamətli sütun gövdəsinin baza və kapitel hissəsi ilə birləşən yerində metal təbəqə diqqəti cəlb edir. Həmin metal təbəqənin qalınlığının 3-4 sm arasında dəyişməyi onu göstərir ki, sütunlar quraşdırılarkən metal ilə yaxındaca əridilərək həmin yerlərə tökülmüşdür. Bina özülü üzərinə tökülmüş qurğuşun təbəqə əsasən, torpaqdan binanın divarı boyu qalxacaq nəmliyin qarşısını almaq üçün bir qoruyucu (izolyasiya) rolunu oynayır. Şükür bəyin imarətinin binasının yarımdairə şəkilli örtük konstruksiyası da Şuşadakı yaşayış binalarının örtüklərini yada salır. Burada həmin tağbəndlərə dayaq olan yan divarlar üzərində ev əşyalarını saxlamaq üçün müxtəlif ölçülü taxçalar da var. İmarətin dam örtüyünün qalıqlarından görünür ki, memar binanın birinci mərtəbəsindəki geniş eyvanı ikinci ikinci mərtəbədə də təkrar etmişdir. Lakin birinci mərtəbənin eyvanının daş sütun və yarımdairə şəkilli tağbəndlə inşa olunmasına baxmayaraq, memar Kərbalayi Səfixan ikinci mərtəbənin sütun və örtük konstruksiyasını sadəcə ağac materialı ilə yüngül konstruksiya şəklində tamamlamışdır. Birinci mərtəbədəki tağbəndlərin ikisi arasında iki kitabə var. Kitabələrdəki məlumatlardan aydın olur ki, Şükür bəyin imarəti 1909-cu ildə tikilmişdir.

Rızvan Qarabağlı Memar Kərbalayi Səfixan Qarabaği