Facebook Pixel Code
GoMap XƏRITƏ
Qədim Qəbələ şəhər divarlarının qalıqları
Baxış sayı:
  • Ünvan:
    Qəbələ, AZ3600
Avtobus
Miladdan əvvəl IV əsrdən başlayaraq ölkənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan, eramızın I əsrindən etibarən yazılı mənbələrdə adı çəkilən Qəbələ Albaniyanın ilk paytaxt şəhəri olub. Təqribən 2500 il yaşı olan və 9 əsr Qafqaz Albaniyasının paytaxtı olmuş Qədim Qəbələ şəhəri dünyanın Babil, Troya, Pompey kimi qədim və məşhur şəhərlərilə müqayisə ediləcək dərəcədə mühüm, siyasi-iqtisadi və ticarət mərkəzlərindən biri olmuşdur. Antik dövrə aid böyük binaların qalıqları, qala divarları və maddi mədəniyyət abidələri Qəbələnin çox möhtəşəm bir şəhər olduğunu sübut edir. Qəbələnin qala divarları özünün möhtəşəmliyi ilə Azərbaycanın digər orta əsr şəhərlərinin müdafiə sistemindən xeyli fərqlənir. Səlbirin divarları əsasən Sasani dövrü arxitekturası üçün xarakterik olan çiy kərpicdən və yonulmuş çay daşından istifadə olunmaqla inşa edilib. Yarımdairəvi formada olan bürc möhrədən və tərkibində saman qatışığı olan çiy kərpicdən tikilmişdir. Bürcün daxili hissəsinin diametri 3 m-dir. Həm qala bürcünə, həm də onun davamı olan divarlara xaric tərəfdən çiy kərpiclə üzlük vurulmuşdur. Qala divarlarının daxili tərəfində isə çay daşı, bişmiş kərpic və əhəng məhlulu ilə tikilən köməkçi divar qalıqları olduğu müəyyənləşdirilmişdir. Tədqiqatçıların fikrincə 6 m uzunluğu olan bu divar əsas qala divarlarından sonra, bərpa məqsədilə tikilib. Hündürlüyü 14 m olan daha bir bürc düzbucaqlı formasındadır. Yonulmuş çay daşı və əhəng məhlulu ilə tikilib, daha sonra isə tuf daşdan üzlük vurulub. Mütəxəssislərin fikrincə, e.ə I əsrdə tikilən bu bürc əsrlər boyu şəhərin etibarlı müdafiə sisteminə xidmət etmişdir. Qeyd olunan bürcdən bir qədər şimal tərəfdə uzunluğu 35 m, hündürlüyü 1 m, qalınlığı isə 2,4 m olan divar qalıqları aşkar edilmişdir. Həmin divar da yonulmuş tuf daşdan və əhəng məhlulundan istifadə olunmaqla inşa edilib. Şəhərin Qala hissəsinin müdafiə divarları elə ilk baxışdan möhtəşəmliyi ilə diqqəti cəlb edir. Bu günə qədər özünün ilkin görkəmini saxlamış olan cənub divarları xüsusilə daha əzəmətlidir. Qalanın əsas qapısı da cənub tərəfdəndir. Qapı yerinin sağında və solunda olan nəhəng bürclər demək olar ki, tam salamat vəziyyətdə qalmaqdadır. Qala divarlarının bünövrə hissəsi dördkünc formada yonulmuş iri tuf daşlardan, yuxarı hissəsi isə müxtəlif ölçülü bişmiş kərpiclərdən istifadə olunmaqla hörülüb. Tikintidə ölçülərinə görə fərqlənən 15 növ kərpicdən istifadə olunub. Maraqlı burasıdır ki, qalanı tikən ustalar bişmiş kərpiclərin ölçü və düzülüş müxtəlifliyindən məharətlə istifadə etməklə sözün əsl mənasında nadir memarlıq nümunəsi yarada bilmişlər. Qalanın cənub divarında 4 bürc qalıb. Onların hamısı yarımdairəvi formadadır. Hündürlüyü təqribən 10-14 m, diametri 6-8 m, divarlarının qalınlığı isə 4 m olan qala bürclərində 70 cərgəyədək bişmiş kərpicdən istifadə olunub.http://www.anl.az/down/meqale/xalqqazeti/xalqqazeti_yanvar2009/66781.htmhttp://deyerler.org/30897-qjjdim-qjjbjjljj-ejjhjjrinjj-gjjkilmie-yeraltd-su.htmlhttp://www.mct.gov.az/?/az/cities/view/340/http://www.adalet-az.com/new/2010/04/01/read=45065http://www.ayna.az/2009-08-22/culture/539-Ilyas-Babaev-arkhelogiya
Son xəbərlər