Facebook Pixel Code
GoMap XƏRITƏ
Oğlanqala yaşayış yeri
Baxış sayı:
  • Ünvan:
    Şərur, AZ6837
Avtobus

Oğlanqala hündürlüyü 140 m olan Qaratəpə dağı üzərində yerləşir. Abidə Naxçıvanın ən məhsuldar ərazisində, Arpaçaya birləşik Şərur düzənliyinin şimal qurtaracağındadır. Yaşayış yeri Zəngəzur sıra dağlarının əsas qollarından birinin üzərində yerləşir. Oğlanqalada əsas müdafiə divarları təqribən 10 hektar sahəni əhatə edir, lakin qaladan kənarda məskunlaşma əlavə olaraq 2,5 ha sahəni əhatə edir.

Yaşayış yerindəki arxitektura qalıqları müxtəlif dövrlərə aiddir. Oğlanqala yaşayış yerində aparılan qazıntılar buradakı müdafiə tikintilərinin e.ə. IX əsrdən qədimə getmədiyini göstərir. Orta Dəmir dövrünə aid müdafiə divarları, Son Dəmir dövrünə aid evin divarları və Orta əsr arxitekturası narınqalanın böyük bir qismində bir-biri ilə qarışmış vəziyyətdə qeydə alınmışdır.

Yaşayış yeri e.ə. ikinci minilliyin sonunda məskunlaşdırılmışdır. Erkən Dəmir dövrünə aid boz rəngli keramka parçaları yaşayış yerindən şimal-qərbdə yerləşən kurqanın üzərindən və sitadelin yuxarısından tapılıb. Orta Dəmir dövrünə aid keramika parçaları daha çox tapılıb, onlar demək olar ki yaşayış yerinin hər yerindən əldə olunmuşdur. Böyük müdafiə divarlarının əksəriyyəti və sitadelin əsasının əsasının qoyulması, ehtimal ki, bu dövrə aiddir. Son Dəmir dövrünə aid keramika məmulatı da yaşayış yerinin hər yerindən tapılıb. Ehtimal ki, cənub və cənub-qərbdə tikilən xüsusi binalar massivi bu dövrə aiddir, bu ərazidə erkən mərhələyə aid heç bir material əldə edilməmişdir.

Nəhayət, Orta əsrlərə aid yaşayış yeri başlıca olaraq təpənin mərkəzində sitadeldə cəmlənmişdi, lakin Orta əsrlərə aid arxitektura qalıqları və keramika məmulatı yaşayış yerinin cənub və cənub-şərq bölmələrindən də aşkar edilmişdir.

http://www.oglanqala.net/2008_Survey_az.html

Vəli Baxşəliyev Azərbaycan arxeologiyası

Son xəbərlər