Facebook Pixel Code
GoMap XƏRITƏ
Daşlı təpə qalaçası (Xoşbulaq kəndi)
Baxış sayı:
  • Ünvan:
    Daşkəsən, AZ1619
Avtobus

Daşlı təpə (Daştəpə) qalaçası (Daşkəsən) – Qalaça Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşir. Dəniz səviyyəsindən 3361 metr yüksəklikdə yerləşən, bu gün də el arasında müqəddəs ocaq, pir kimi tanınan, qibləgah hesab olunan Qoşqar dağının ətəyində yerləşir. Qalaçanın hal-hazırda yalnız dağılmış bünövrə hissəsi qalmışdır. Xoşbulaq yaylağında hündür təpədə yerləşən qalaçanın müdafiə məqsədilə tikilmiş gözətçi qülləsi olduğu güman edilir. Qalanın tikildiyi yerdən ətraf əraziləri rahatlıqla müşahidə etmək olur. Qala çay daşlarından tikilmişdir. Daşların tərkibində əhəng qarışığı da vardır. Qala Tunc dövrünə aid tikilidir.

Vəli Baxşəliyev Azərbaycan arxeologiyası

http://medgis.org/ganjagazakh/7.php

Son xəbərlər