Facebook Pixel Code
GoMap XƏRITƏ
Qala kəndində qala qalıqları
Baxış sayı:
  • Ünvan:
    Sülh, Bakı, Xəzər, AZ1046
Avtobus

Qala qalıqları (Qala kəndi) – Qala Abşeronun Qala kəndindəki Hacı Ramazan məhəlləsində yerləşir. XIV əsrdə hündürlükdə ucaldılan istehkam kəndin tarixi mərkəzidir. Onun qülləsi sovet dövründə dağıdılıb. Yalnız qala divarlarının qalıqları və yanaşı yerləşən orta əsrlərə məxsus Cümə məscidi günümüzədək gəlib çatıb. Sonradan məscid kimi istifadə olunan tikili müdafiə qalası ilə bir kompleks təşkil etmişdir. Yeraltı hissədə qədim dövrdə qayaaltı yaşayış yerləri, tunel, gizli yollar olub. Qala qəsri 2010-cu ildə tam bərpa olunub. XII-XIV əsrlərə aid Qala qəsri bir müddət məscid kimi də fəaliyyət göstərib. Qəsrin altında aşkar edilən evlər, qəbirlər, digər tikili və əşyalar olduğu kimi bərpa edilərək Qala kompleksinin tərkib hissəsinə çevrilib. Qala dördbucaqlı şəklində olub hündür divarlarla əhatələnib. Kəndin hündür yerində tikilməsi qalanın müdafiə və gözətçi məntəqəsi rolunu oynadığı məlum olur. Qalanın giriş hissəsi tağvaridir.

http://baku-icc-2009.az/content.php?lang=az&page=72

http://www.icmal.az/Az%C9%99rbaycan%C4%B1n_birinci_xan%C4%B1m%C4%B1_Qala_q%C9%99s%C9%99b%C9%99sind%C9%99_olub-136843.html

Son xəbərlər