Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 16-da 29 şəhər və rayonda, o cümlədən müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə təhsil alan 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının ikinci mərhələsini keçirəcək.