Heydər Əliyev Sarayında Özbəkistanın muğam və estrada ulduzları çıxış edəcəklər
12.9.2019

Noyabrın 22-23-də Heydər Əliyev Sarayında Bakıda ilk dəfə Özbəkistanın muğam və estrada ulduzları – Azərbaycanda keçirilmiş Beynəlxalq Muğam Festivalının qalibi, Əməkdar artist Yulduz Turdiyeva və estrada ulduzu, Əməkdar artist Uluqbek Raxmatullayevin iştirakı ilə “Özbəkistandan sevgilərlə” adlı konsert proqramı təşkil ediləcək.

Saraydan AZƏRTAC-a bildirilib ki, konsertin qonaqları qismində Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər Fərqanə Qasımova, Ədalət Şükürov və Təyyar Bayramov, tanınmış meyxanaçı Tərlan Novxanı və başqaları iştirak edəcəklər.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.