Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
İmamzadə kompleksi
Baxış sayı:
  • Ünvan:
    Heydər Əliyev, Naxçıvan, AZ7003
Avtobus

Naxçıvan şəhərinin cənub-şərq hissəsində memarlıq abidəsi. XVI-XVIII əsrlərdə formalaşmışdır. 3 binadan ibarətdir. Kompleksin özəyini planda kvadrat şəkilli, xarici görünüşünü isə kubik formalı qülləvari türbələrdən gələn dairəvi gövdənin qovuşduğu kompozisiya-türbə təşkil edir (bax Imamzadə türbəsi). Türbəyə bitişən, nisbətən böyük həcmə malik və qərbdən giriş qapısı olan bina kompleksin mərkəz hissəsini təşkil edir. Keçən yüzilliyin 20-ci illərində Naxçıvanda olan rus alimi V.M.Sısoyevin yazdığına görə kompleksin bu hissəsi Naxçıvan xanlarının məqbərəsi hesab edilirmiş. Alimin şəhadətinə görə burada Abbasqulu xanın hicri 1337-ci ildə (1918) vəfat etmiş oğlu Mustafaqulu xan Naxçıvanskinin qəbri varmış. Ancaq bu və orada olan digər qəbirlər zaman keçdikcə dağılmış və məhv olmuşlar. Kompleksdən azca aralı şm. tərəfdə başqa bir türbə vardır. Bişmiş kərpicdən inşa edilən bu türbə aşağıdan kvadratşəkilli götürülərək yuxarıda çoxbucaqlı şəkildə inşa olunmuş, üstü günbəzlə örtülmüşdür. Kompleksə daxil olan başqa tikililərlə müqayisədə bu türbə yaxşı vəziyyətdə qalmışdır. Ancaq onun içərisində heç bir qəbir və xatirə kitabəsi qalmadığından təyinatı aydınlaşdırılmamışdır. Imamzadə kompleksinə daxil olan binalar bir-biri ilə uyarlıqda olub, bitkin memarlıq ansanblı yaratmışdır. Kompleksin ətrafında orta əsrlərə aid qəbiristanlıq olmuşdur. Zaman keçdikcə buradakı qəbirlərin bir hissəsi dağılmış, bir hissəsi isə indiyədək qalmaqdadır. Orada torpağın altından aşkar edilmiş 16 əsrə aid məzar kitabələri tədqiq edilmişdir. Burada bişmiş kərpicdən hörülmüş tağvarı sərdabələrə təsadüf olunmuşdur. Zaman keçdikcə nekropolun yeri dəyişmiş və abidənin yaxınlığındakı təpəyə keçmişdir. Orta əsrlərdə ərazidə fəaliyyət göstərən bəzi sufi təriqətlərinin üzvləri kompleksdən bir müddət özlərinin yaşayış, ibadət və zikr yeri–xanəgah kimi istifadə etmişlər. Ümumiyyətlə, bu cür komplekslərin səciyyəvi xüsusiyyəti əvvəllər mövcud olmuş dəfn tikililərinin təmir, bərpa və yenidənqurma yolu ilə abadlaşdırılmasından və bərpa olunmuş məqbərəyə bitişik məscid, təkyə və digər xidmət otaqları tikilməsi yolu ilə dini kompleksin yaranmasından ibarətdir. Ərazimizdə XVII-XVIII əsrlərdə fəaliyyət göstərən sufi təriqətləri mənsubları mövcud imamzadələrdən yaşayış, ibadət və zikr yeri kimi istifadə etdiklərindən həmin dövrlərdə bölgədə xanəgahlar inşa edilməmişdir. Memarlıq kompleksi 2004-cü ildə əsaslı şəkildə təmir olunaraq yenidən bərpa edilmişdir.

Son xəbərlər