Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
asan xidmət
Bibi Heybət türbəsi
Baxış sayı: 1468
  • Ünvan:
    Bibiheybət yolu, Bakı, Səbail, AZ1023
Avtobus
Bibi Heybət türbəsiDini rəvayətə görə, Harun-Ər-Rəşid dövründə (786-809) onunla səkkizinci imam Əli İbn Musa-Ər Rzanın arasında ixtilaf baş verir. Xəlifə imamı və ailəsini təqib etdiyindən imam ailəsi, qohumları və tərəfdarları ilə birlikdə Bağdadı tərk etməli olur. Yolda müəyyən səbəblər üzündən qohumlar bir-birindən ayrı düşürlər. İmam Rza İranın Xorasan şəhəri yaxınlığmda olan Sənəbad kəndinə gəlir. İmamın bacısı Hökümə qulluqçusu Heybət və bir neçə nəfərlə birlikdə Bakının yaxınlığma gəlib çıxırlar. Orada məskən salırlar. Hökumə xanım vəfat etdikdən sonra onun məzarı üzərində türbə tikilmişdir. Bu türbə IX əsrdə tikilmişdir. Müsəlman qanunlarına görə qadını adı ilə çağırmazdılar. Heybət də öz xanımına «bibi» deyə müraciət edərdi. Ona görə də türbəni «Bibiheybət», yəni Heybətin bibisi adlandırmışlar. Türbə müqəddəs hesab olunmuş, səyyahlar, zəvvar, möminlər həmişə türbəni ziyarət etmişlər. Bəziləri isə orada məskən salmışlar, sonralar burada Şeyxlər və ya Şıxlar kəndi yaranmışdır.