Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Ərəfsə piri
Baxış sayı: 5196
  • Ünvan:
    Ərəfsə kənd yolu, Culfa, AZ7215
Avtobus

Ərəfsə kəndi Culfa rayonu ərazisindəki Əlincə çayının sağ sahilində yerləşərək rayon mərkəzindən bura 55 km-lik məsafədə yol gəlir. Ərəfsə kəndi okean səviyyəsindən 1800 metr yüksəklikdədir. Ərazidə şirin sulu çeşmələrlə və mineral bulaqlar vardır. Ərazidə orta əsrlərdən qalma iki qəbrstanlıq vardır ki, onlardan birində Ərəfsə piri yerləşmişdir. Bundan başqa burada XVII əsrdən qalma daş körpü və XIV əsrdən qalma “Xərabə şəhər” ərazisi ilə məscid vardır. Kəndin adının yaranması əsasən buradakı pirlə bağlı olaraq “üç ərəb” sözündən götürülmüşdür. Pir binasında 1985-ci ildə təmir-bərpa işləri aparılıb. Orada iki otaq və eyvan tikmişlər. Otaqlardan birində üç sayda müsəlman məzarları vardır. Ərəfsə pirinin mücövüri Nübar Yusif qızının söyləməsinə görə pirdəki məzarlardan biri Səyyid Hüseyn ağanın, digərləri isə onun oğlanlarınındır. Pirin həyətində göyərmiş Qara çalı kolunun budaqlarına rəngli əski parçaları bağlamışlar. Kolun yanındakı “ocaq” yerində isə qara hamar daşlar (meteoritlər) qoyulmuşdur. Ərəfsə pirində ziyarətə gələnlər üçün lazım olan şərait yaradılmış, ora (təpəyə) qalxmaq üçün yol çəkilmişdir. Tarixçi alimlər Ərəfsə pirinin yaranmasının XV əsrlərə Səfəvi hökmdarı I İsmayılın (1501-1524) hakimiyyəti dövrlərinə aid edirlər. Pir binası XIX əsrdə yenidən bərpa olunmuşdur. Deyilənlərə görə ərazidə Səyyid Hüseyn tərəfindən mədrəsə yaradılmış, İslam dinindən təlimlər keçirilmişdir. Pirdəki mərhum Səyyid Hüseynin məzarı yanındakı digər qəbir yerləri ola bilsin ki, onun davamçılarından (müridlərindən) olanlardır. Təssüf ki, məzarların üzərində heç bir yazılı kitabə dövrümüzədək qalmamışdır. Pir binasının geniş həyətyanı sahəsində yaz aylarında bitən, adı “Qırmızı kitaba” düşmüş nadir “Boz ot” bitkisi yayılmışdır. Təbii müalicə üsulu ilə həmin otun cövhərindən sonradan ağır eşidən adamları müalicə edirlər. Müalicəni kənddəki “mücövür” kimi tanınmış Nübar nənə tərəfindən həyata keçirilir. Ərəfsə piri ilə üzbəüz Əlincə çayının sol sahilində təpə döşündən soyuq sulu mineral bulaqlar qaynayırlar. ”Ağşal bulağı”nın yanındakı azacıq minerallaşmış karbon qazlı su daxili xəstəliklərin müalicəsində əvəz olunmazdır. Buna görə də kənddəki əhali uzunömürlü və sağlam əhval ruhiyədədirlər.

http://elxan.azersayt.com/blog.html?page=commentstemp4&member=Sirab&newsid=143950.