Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Düylün piri
Baxış sayı:
  • Ünvan:
    Ordubad, AZ6926
Avtobus

Səyyid Səfi (Səffan) piri - Ordubad rayonundakı Düyülün kəndindəki pir yeri sufi İslam təriqəti ilə bağlı XIX əsrdən sonra yaranmışdır. Orta əsrlərdə İslam xəlifəsi Yusif ibn Səccad tərəfindən (Abbasilərin zamanında) İraq ərazilərindən Həzrət Əli (ə) şəcərəsindən olan (şiə islam təriqətçiləri) müsəlmanlar təqib olunaraq öldürülürdü. Bütün bunlarla əlaqədar olaraq şiə müsəlmanlarının yeddinci imamı Həzrət Musa Kazımın oğlu Səyyid Səfi (Səffan) doğma yurdlarından didərgin salınmışdır. Tale onu Araz çayının sol sahilində yerləşən orta əsrlərin məşhur şəhəri Azada gətirib çıxarmışdır. Həmin dövrlərdə xalq atəşpərəstliyə sitayış edir, İslam dininə məhəl qoymurdular. Səyyid Səfi (Səffan) Azad şəhərində qalıb İslam təlimlərini həyata keçirmiş və riyakar rahiblər tərəfindən zəhərləndirilərək şəhid olmuşdur. Mərhumun məzarını qaldığı evinin içərisində dəfn etdikdən sonra hicri tarixi ilə 765-ci ildə müsəlman xeyriyyəçiləri tərəfindən sərdabə tikmişlər. Düyülün kəndinin yaranması möhtəşəm Azadla Gilan şəhərlərinin yadelli istismarçıları tərəfindən (xüsusilə monqollar tərəfindən) dağıdılıb xarabazara çevrilməsindən sonra rəmzi mənada deyilmiş “Du gilan” (ikinci gilan) olmuşdur. Sonradan isə “Du gilan” sözü Təbriz şivəsi ilə “Düyülün”ə çevrilmişdir. Müasir Düyülün kəndinin əhalisi tünd məcaz olaraq qaraqoyunlu hökmdarı Qara Yusifin oğlu Pirbuği nəslindəndirlər. Düyülün kəndindəki köhnə qəbrstanlıqda qırmızı tuf dağ daşlarından yonulmuş qəbrüstü qoç heykəllər vardır ki, həmin məzar daşları orta əsrlər dövründəki Qaraqoyunlu hakimiyyəti zamanındakı feodal tayfa başçılarına məxsusdurlar. Qəbrstanlıqda XIV əsrdən qalma və üzərində küfi ərəb xətti ilə yazılmış məzar daşlardan birində ərəbcə Quranın “Bəqərə” (2) sürəsinin 256-cı ayəsi həkk olunmuşdur. Daşın üzərində həmçinin məzarda dəfn olunmuş Xacə Məlik (Xacə Məlik Türkmənbaşı 1300-cü ildə Azad şəhərinin hakimi kimi, Səyyid Səfinin (Səffanın) zəhərləndirilməsinə fərman vermişdir) adlı şəxsin adı ilə ölüm tarixi (hicri 770 - miladi 1368) yazılmışdır. Xacə Məlik Türkmənbaşı mərhum Səyyid Səfinin məzarı üstündə sərdabə tikdirməklə oranı müqəddəs ziyarətgah elan etmişdir. Pirin yaxınlığında əzəmətli Çinar ağacı keçmiş tariximizin yadigarı olaraq vüqarla dayanmış və öz sərinliyini ziyarətçilərdən əsirgəmir.

http://elxan.azersayt.com/blog.html?page=commentstemp4&member=Sirab&newsid=143950

Son xəbərlər