Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Qum kəndində Bazilika (alban məbədi)
Baxış sayı: 3033
  • Ünvan:
    Qax, AZ3423
Avtobus

Məbəd Qax rayonda, Qum kəndinin mərkəzində, kiçik dağ çayının sahilində yerləşir. VI əsrə aid olduğu güman edilir. Tetrakonx formasında tikilmiş bu bazilikanın uzunluğu 26,4 metr, eni 19,3 metrdir. Məbəd 3 tərəfdən eyvanla əhatələnib, içərisində 3 zal var. Məbədin 3 qapısı olmuşdur. Qapı üstləri yarımqövs şəkilli tağlarla bəzədilmişdir. Qum məbədinin tikintisində əsasən yonulmuş çay daşından istifadə olunmuşdur. Son illər konservasiya edilmiş məbəd Alban abidələrinə aid edilir.

Daxili həcmi dördbucaq formalı ibadət zalı (36,5x19,3 m) təşkil edir. İki cüt «T»-şəkilli sütünlar və bir cüt piləstrlar zalı üç nefə bölür. Mərkəzi nef təxminən üç dəfə başqalarından genişdir və o, nalşəkilli apsida ilə tamamlanır. Sütunların ayırdığı mərkəz hissə daha hündür, sütunların yan tərəfindəki hissələr isə alçaqdır. Yan neflərin axırında isə kvadrat sövmənişinlər var. Əsas həcm üç tərəfində (cənub, şimal və qərb) qalereya var idi. Divarlar göy və tünd yaşıl rəngə çalan çay daşlarından tikiliblər. Konstruksiyaların bəzi yerlərində bişmiş kvadrat kərpic istifadə olunub. Belə kərpicin və daşın qarışığı Qafqaz Albaniyasının I əsrə aid olan tikililərində mövcud idi. Məbədə konstruktiv möhkəmlik vermək məqsədilə sütunlar, tağlar və bəzi memarlıq elementləri bişmiş davamlı kərpicdən inşa edilmişdir.

Salamzadə Əbdulvahab Azərbyacanın memarlıq abidələri

http://www.qax-ih.gov.az/az/56/58.html

http://qax.wen.ru/baza/Qummebedi.html