Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Həzrə kəndində türbələr
Baxış sayı: 485
  • Ünvan:
    Həzrə kənd yolu, Qəbələ, AZ3612
Avtobus

Böyük Qafqazın ətəklərində yerləşən Qəbələ (Qutqaşen) rayonunun 16 km-də Həzrə kəndinin qəbiristanlığında bir neçə türbə yüksəlir. Qəbiristanlığın ətrafı sıx meşə ilə əhatə olunmuşdur. Qəbiristanlıqda türbələrdən başqa, dəfn olunmuş yerli feodal təbəqəsinin görkəmli nümayəndələrinin də qəbirləri vardır. Orada üzərlərinə çox nəfis surətdə müxtəlif mürəkkəb çiçək və həndəsi naxışlarla işlənmiş qəbir daşlarına və yazılı sənduqələrə rast gəlmək olur. Bu abidələrin təqribən XV-XVI əsrlərə aid olunması haqqında fikir söylənilir. Lakin türbələrin ətrafında aparılmış arxeoloji qazıntılar zamanı təxminən XII-XIII əsrlərə aid edilmiş qəbirlər də tapılmışdır.

Türbələr kənardan gətirilən təbii ağ daşdan tikilmiş, səkkizguşəli həcmə malik olub, səkkiztərəfli çadırvari örtüklərlə örtülmüşlər. Binaların səthləri tam hamardır. Ancaq giriş qapısının üst, ətraf və yan hissələri memarlıq bəzəyi ilə bəzədilmişdir ki, bu da tikintilərin əsas hissələrini təşkil edir. Abidələrin qapıları çatmatağlıdır.

Bu türbələr qrupundan birisi yaxşı qalmış, qalanları isə müxtəlif yerlərdən zədələnmiş halda idi. Hətta yarıya qədər uçulanı da var idi. Lakin uçulub dağılmasına baxmayaraq, türbələr hələ də öz əvvəlki görkəmlərini saxlamışdılar. Meşə ilə əhatə olunduqlarından, nəmişliyin, ağac və kolların zərərli təsiri nəticəsində abidələrin daşları, ətrafdakı qədim qəbirlər, xüsusən onların örtüklərinin üzlük daşları daha çox zərər çəkmişlər.

Bu abidələr qəbiristanlıqda maraqlı bir səmtdə inşa edilmişlər. Belə ki, bir türbənin giriş hissəsi cənub-qərbə, digərləri isə şimal-qərbə tərəf baxırlar. Hərgah, bunların giriş hissələrindəki nöqtələrdən ox çəkilsə, birinci türbənin girişində tamamlanar.

Belə nəticəyə gəlmək olar ki, türbələr memarlıq məharəti ilə əvvəlcə düşünülmüş vahid layihə əsasında tikilmişlər. Başqa maraqlı cəhətləri ondan ibarətdir ki, bir türbədən başqa, digərlərinin kürsülükləri yoxdur, ancaq biri hündürlüyü üç daş olan kürsünün üstündə tikilmişdir. Türbələrdə sərdabələr yoxdur. Burada olan türbələrdən birinin üstündə olan kitabəsinə əsasən «Şeyx Mənsur» türbəsi adını almışdır. Türbənin çatmataqlı qapısı üzərində yerləşdirilmiş üçsətirlik, ərəbdilli, hərəkələnmiş kitabədə deyilir: «... böyük xaqan, əzəmətli Sultan Şeyx İbrahim - yüksək Allah onun hökmranlığını əbədiləşdirsin hakimiyyəti zamanında mərhəmətli Həzrə şeyxi Şeyx Mənsurun qəbridir...». Kitabədə tarix göstərilmir, lakin burada Şirvanşah Şeyx I İbrahimin (1382-1417) adı çəkilir və beləliklə, müəyyən etmək olar ki, türbə XIV əsrin axırı və yaxud XV əsrin əvvəlində tikilmişdir.

Türbələrdən ikinci yazılı abidə, kitabəsində adı çəkilən Şeyx Bədrəddin adlandırılır. Türbənin üzərində iki kitabə vardır. Birinci kitabədə yazılmışdır ki, türbə Şeyx-Rəbbani Şeyx Bədrəddin Şeyx Şəmsəddin oğlunundur və şeyx hicri 850, miladi 1446-47-ci ildə vəfat etmişdir.