Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Dəmirçilər kəndində türbələr
Baxış sayı: 1828
  • Ünvan:
    Dəmirçilər kənd yolu, Qubadlı, AZ3900
Avtobus
119 (116 m.)135, 517, 535, 523, 592, 596, 515 (421 m.)

Qubadlı rayonunun Dəmirçilər kəndi ərazisində iki qülləvarı türbə var. Onlardan birincisi dağ çayı Ağaçayın sag sahiİində yerləşir. Türbə planda səkkizbucaqlı formadadlr (bir tərəfi 1,9 m). İçəridə qapı gözü qarşısındakı üzdə kiçik mehrab tağçası quraşdlrlıb. İç divarlar yaxşı yonulmuş daşlarla üzlənib. Səkkizüzlü günbəzin dairəvi əsasına keçid künclərdə bütöv daşdan yonulmuş tromplar qoymaqla yerinə yetirilib. Trompların üstündəki karnizə sferik günbəz söykənir. Türbənin iç hündürlüyü 4,5 metrdir. Türbənin bütün xarici üzləri Elxanilər dövrünün Arazboyu türbələri üçün səciyyəvi olan çiyinli dayaz tağlar şəklində işlənib. Şərq və qərb tağçalarının ortasında kiçik pəncərə gözləri qoyulub. Qapı gözü yer səviyyəsindən 1,2 metr yüksəklikdədir. Türbənin 5 metrə yaxın olan prizmatik korpusu səkkizüzlü piramidalı günbəzİə örtülmüşdür. Bu günbəzlə iç sferik günbəzin arası boş küplərlə doldurulmuşdur. İkinci türbə də Ağaçayın sağ sahil yamacının yanında, Dəmirçilər və Dondarlı kəndləri arasındadır. Əlverişli yerinə görə türbə hətta uzaq yerlərdən də yaxşı görününr. Onun da planı səkkizbucaqlı formadadır (bir tərəfi xaricdə 2,03 metr, daxildə 1,40 metrdir). Tikinti materialı, inşaat texnikası və memarlıq həllinə görə bu abidə birinci türbə ilə eynidir. Yalnız ikinci türbənin ölçüləri bir qədər iri (üst kameranın iç ölçüsü 6,2 metr, korpusun yerdən hündürlüyü 6,90 metrdir), xarici üzlərindəki çiyinli dayaz tağçaların forması isə bir qədər fərqlidir. Bu türbələrin hər ikisi XIII–XIV əsrlərin abidələri hesab edilir.