Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Nüşabə türbəsi
Baxış sayı: 874
  • Ünvan:
    Nüşabə, Bərdə, AZ0900
Avtobus

Orta əsr Azərbaycan memarlığının ən qiymətli abidələrindən biri hesab edilən Bərdə türbəsi, mübaliğəsiz demək olar ki, ən çox dağılmış abidələrdən biri idi. Lakin 60-cı illərdə tikinti üzərində bərpa işləri aparılmış və abidə əvvəlki görkəmini tapmışdı.

Türbənin gövdəsinin xarici diametri 10 metr, salamat qalmış hissəsinin hündürlüyü isə 14 metrdir (Günbəzin yuxarı örtüyünə qədərki məsafə nəzərdə tutulur). İçəridən abidə yeraltı sərdabədən və qapıları olan onüzlü daxili sərdabədən ibarətdir. Sərdabə bu dövr üçün ənənəvi olan formaya malikdir: xaçvari yerləşmiş və mərkəzi dördbucağa bitişik olan dörd ədəd dərin taxça. Abidənin yerüstü hissəsinin daxili quruluşu xüsusilə maraqlıdır. Aşağıdan boru şəklində başlayan bina 2 metr hündürlükdə 8,7 metrədək, onbucaqlıya çevrilir. Lap yuxarıda isə onbucaqlı dairə olur. Türbənin divarları fiqurlu düzülmüş adi və kaşılanmış kərpiclə üzlənmişdir. Həm də kaşılanmış kərpic qüllənin gövdəsi boyunca dəfələrlə təkrarlanan «Allah» sözü əmələ gətirmişdir. Adi qırmızı kərpiclər üfüqi, kaşılanmış kərpiclər isə şaquli vəziyyətdə düzülmüşdür. Memar türbənin baştağının zəngin ornament bəzəyinə müstəsna dərəcədə böyük diqqət vermişdir. Belə ki, hər iki baştağ kufı kitabələr və ornamentlərlə bəzədilmiş haşiyəyə malikdir. Haşiyələrin daxili sahəsi bütünlüklə həndəsi rəsmli, kaşi şirəli ornament bəzəkləri ilə doldurulmuşdur.

Abidənin salamat qalmış ikiqat paralel divar qalıqlarından və digər türbələrlə oxşarlıqdan aydın olur ki, türbənin üst örtüyü ikiqat olmuşdur.

Türbənin bəzəyi ornamentlərdən və müxtəlif formalı kitabələrdən ibarətdir. Kitabələr həm məzmun, həm də tərtibat etibarı ilə müxtəlifdir. Kitabələrdən salamat qalmış parçaları sayəsində hazırda onların mənası, demək olar ki, tamamilə aydınlaşdırılmışdır. Tamamilə dağıdılmış yeganə kitabə cənub portalın açırımı üzərindədir. Çox ehtimal edilir ki, burada xatirəsinə türbə ucaldılmış şəxsin adı vaxtilə həkk olunmuşdu. Üzərindəki kitabədən məlum olur ki, türbə 1322-ci ildə Naxçıvanlı memar Əhməd Əyyub oğlu tərəfindən tikilmişdir.