Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Hacı Yəhya türbəsi
Baxış sayı: 1350
  • Ünvan:
    Zəngilan, AZ6401
Avtobus
65, Ekspres M2 (66 m.)31, 37, 18 (276 m.)6, 77, 53, 10, 205 (339 m.)Ekspres M2A (395 m.)

Zəngilan rayonunun Məmmədbəyli kəndində daşdan tikilmiş türbə qüllə tipli olub ikiqatlıdır. Yeraltında olan sərdabə hissəsi planda kvadrata yaxın (2,95 × 3,30 m), üst kamerası isə səkkizbucaqlıdır. Sərdabə 1,90 metr hündürlükdə tağtavanla örtülmüşdür. Onun giriş qapısı qərb tərəfdəndir. Sərdabənin divar hörgüsü və döşəməsi yaxşı yonulub cilalanmış daşdandır. Türbənin giriş portalı üstündə nəsx xətti ilə yazılmış bir kitabə vardır. Kitabənin məzmunu belədir: “Mən bu tikintinin sahibi (türbədə basdırılan şəxs) ulu Allahın yardımına möhtac olan aciz qul Yəhya ibn Məhəmməd əl-Xacəyəm. 704-cü ilin ramazan ayında (23.III–27.IV.1305-ci il miladi) Əli Məcdəddinin əli ilə tikilmişdir”. Yazının başlanğıcında və haşiyəsində quran yazıları verilmişdir. Araşdırıcıların fikrincə Xacə Yəhya Məhəmməd oğlu dövrünün böyük alimlərindən olub Elxanilər zamanı Marağa rəsədxanasında çalışırmış. Onun atası Xacə Məhəmməd isə dövlət qulluğunda vəzifə sahibi imiş. Məmmədbəyli kəndinin adı da görünür Xacə Məhəmməd adından yaranmışdır. Kənd kənarında təpə üzərində ucalan Xacə Yəhya türbəsinin səkkizüzlü prizmatik korpusu içəridə sferokonik, bayırda isə piramidal günbəzlə örtülüdür. Onun ağ daşdan tikilmiş kütləsində tünd rəngli daşdan işlənmiş karnizi kəskin seçilir. Korpusun şimal-qərb üzündə olan düzbucağlı qapı gözü yer səthindən xeyli hündürdədir (1,8 metr). Qapı gözü də tünd rəngli çərçivə içərisinə alınmış, ağ daş üzlüklü bastağın yanları və üstü sadə quruluşlu stalaktit sırası ilə haşiyələnmişdir. Üst kamera divarının qalınlığı 90 sm-ə yaxın olub daxildən və xaricdən yaxşı yonulub cilalanmış daş lövhələrlə üzlənmişdir. Korpusun bayır üzləri batıq olub çiyinli düzbucaq tağça şəklindədir. Türbənin sadə həll edilmiş üzləri arasında bastağ olan üz nisbətən plastik işlənməsi ilə seçilir. Memar Əli Məcdəddin oğlu qülləvarı türbə tipinin özünəməxsus örnəklərindən birini yarada bilmişdir.