Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
"Malik İbrahim" qəbiristanlığı
Baxış sayı:
  • Ünvan:
    Üçtürlənğə, Ordubad, AZ0000
Avtobus

"Maliki İbrahim" qəbiristanlığı - "Maliki İbrahim" qəbiristanlığı 2 ha sahəni əhatə etməklə Ordubad şəhərinin yuxarı hissəsinə yaxın Qaradağın ətəklərində yerləşmişdir. Burada bir məscid binası və cənuba doğru uzanan böyük bir qəbiristanlıq vardır. Ordubad rayonunda Əbu Səid Əbülxeyrin nəzəriyyəsini yayan eyni adlı Şeyx Əbu Səidin rəhbərlik etdiyi mərkəz - sufi xanəgahı Malik İbrahimdə yerləşmişdir. Qəbristanlığa niyə Malik İbrahim deyildiyini izah etməkdən ötrü əldə elə bir epiqrafik sənəd yoxdur. Hələlik mənbələrdə də bu barədə heç bir məlumata rast gəlinmir. Lakin buranın niyə pir kimi ziyarət olunduğu, müqəddəs hesab edildiyi barədə qəbristanlıqda hələ təqribən otuz il bundan əvvəl aparılan axtarışlar göstərir ki, hazırda ziyarət olunan yer nədənsə səhv düşmüşdür. Müqəddəs hesab olunan qəbirdə, üzərində qoyulmuş mərmər sənduqənin ərəbcə yazılarından məlum olur ki, hicri 962-ci (1554-1555) ildə vəfat etmiş Fərruxzad bəyin oğlu Məhəmməd bəy dəfn olunmuşdur. Lakin məqbərədən bir qədər aralı bir başdaşı da var. Üzərindəki ərəbcə suls xəttilə yazılmış kitabədə sufizmin banilərindən məşhur Əbu Səid Əbülxeyrin yeddi arxa övladlarından olan Şeyx Əbu Səidin haqqında məlumat verilir. Başdaşının kənarında qeyd olunan ustad Nəcməddini və ustad Hacı Pənahı abidənin xəttatı hesab etmək olar. Memar Məhəmməd bəy ibn Hacının qeyd olunmasına əsasən, demək olar ki, vaxtilə Şeyx Əbu Səidin qəbri üzərində türbə binası olmuşdur.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər