Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Ərdəbil məscidi
Baxış sayı: 616
  • Ünvan:
    Fətəli xan, Quba, AZ4000
Avtobus

Ərdəbil məscidi (Quba) - Məscid Quba şəhərinin Fətəlixan küçəsində yerləşib. 1312-ci ildə (hicri - qəməri təqvimi ilə) inşa edilib. Məscidin iç sahəsi 13x15 metrdir. Ərdəbil məscidinin binası tamamilə bişmiş qırmızı kərpicdən tikilib. Tavanı düzbucaqlı formadadır və taxta ilə işlənib. Tavan dörd taxta sütun üzərində dayanıb. Mehrabın hündürlüyü 2,5 metrdir. Minbəri doqquzpilləlidir və şam ağacından düzəldilib. Məscidin qadınlar şöbəsi ikinci mərtəbədə yerləşib. Sahəsi 3x15 metrdir. Yerdən məscidin günbəzinə qədər hündürlüyü 12 metrdir.Ərdəbil məscidinin yerində vaxtilə qara kərpicdən tikilmiş başqa bir məscid olub. Sonradan Nadir şahın yürüşü dövründə burada məscid və karvansara olub. Burada daha çox müsafirlər ibadət edərmişlər. Elə o vaxtlar təxminən 40 ərdəbilli ailə buraya köçürülüb. Şəhərdə Ərdəbil məhəlləsinin varlığı da bunu sübut edir. Bu məscid yerli möminlərin hesabına tikilib. Sovetlər dövründə yataqxana, anbar, arxiv kimi istifadə olunub. 1966-cı ildə isə yandırılıb. 1988-ci ilə qədər bərbad vəziyyətdə qalıb. 1988-ci ildə məscid dövlətin himayəsinə götürülüb. Belə ki, damı örtülüb, pəncərələr qoyulub. Bundan sonra camaatın təkidi nəticəcində 1989-cu ildə məscid istifadəyə verilib. 1990-cı ildən məsciddə təmir- abadlıq işləri aparılıb.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası