Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Bədöyün kənd məscidi
Baxış sayı:
  • Ünvan:
    Ə.Bayramov, İsmayıllı, AZ3123
  • Telefon:
    (+994 51) 898-98-90 (Əliyev Yusif Əli)
Avtobus

Məscid İsmayıllı rayonunun Bədöyün məhəlləsində yerləşir. İnşa tarixi hicri-qəməri ilə 1295-ci ildir (XIX əsr). İç sahəsi 16x16 metrdir.

Məscid başdan-başa çaylaq daşı ilə tikilib. Damının örtüyü, habelə günbəzi ağ dəmir təbəqə ilə işlənmişdir. Məscidin giriş qapısının üstundə və yan tərəflərində daş kitabələr həkk edilib. Döşəməsi və tavanı taxtadandır. Tavan düzbucaqlı formada olub, altı taxta sütun üzərində dayanıb. Günbəz məscidin fasad tərəfindəndir. Beşpilləli minbər taxtadandır. Qadınlar şöbəsi 2-ci mərtəbədə yerləşib. Məscidin divarlarının qalınlığı 70-80 sm-dir. Döşəmədən tavana qədər olan hündürlüyü 5 metrdir. Bütün qapı və pəncərələri taxtadan düzəldilib. İbadət zalı açıq-mavi rənglə işlənib. Məscidin giriş qapısından sol tərəfdəki otaqda əvvəlki axundlarından birinin qəbri yerləşib.

Məscid vaxtilə Hacı Qurban adlı bir şəxs tərəfindən tikilib. Sovetlər dövründə bu məsciddən xalça sexi kimi istifadə edilib. 1990-cı ildə məscidin fəaliyyəti bərpa olunmuşdur. Sonralar burada təmir işləri aparılmışdır. Lakin təmir işlərini axıracan aparmaq mümkün olmamışdır. 1997-ci ildə məsciddə yenidən təmirə başlanmışdır. Bu iş məsciddə yığılan nəzir-niyaz hesabına həyata keçirilib.

Azərbaycan Respublikası muzeylərinin ensiklopediyası

Son xəbərlər