Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Hacı Səfərli məscidi
Baxış sayı:
  • Ünvan:
    Əsgər Abuzərov, Abşeron, AZ0119
Avtobus

Abşeron rayonunun Novxanı kəndində yerləşən bu məscidin inşa tarixi 1912-ci ilə aiddir. Ümumi sahəsi 45x58 metr, ibadət zalının sahəsi isə 16x20 metrdir. Kvadrat şəklinə malik məscidin ön tərəfində dörd kitabə var. Məscidin minarəsi dəmir- betondan inşa olunub və hündürlüyü 31 metrdir.

Hacı Səfərəli məscidi iki hissəyə-kişilər və qadınlar şöbəsinə ayrılıb. Qadınlar şöbəsi birinci və ikinci mərtəbədə yerləşib. Məscidin döşəməsindən günbəzədək hündürlüyü 11 metrdir. Məscidin içərisində dörd sütun vardır. Sütunları tağlar bir-biri ilə əlaqələndirir. Günbəz də sanki sütunların üzərində qərar tutub. Günbəz hissədə səkkiz kvadrat şəkilli pəncərə var.

Bu məscidi kənd sakini, varlı və dindar bir adam olan Hacı Səfərəli tikdirib. Sovet hakimiyyəti illərində məscid bağlanaraq anbar kimi istifadə olunub və 1987-ci ildə yenidən fəaliyyətə başlayıb.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

 

Son xəbərlər