Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Hacı Yusifli məscidi
Baxış sayı: 786
  • Ünvan:
    Niyazi, Şuşa, AZ5800
Avtobus

XIX əsrdə tikilmiş Hacı Yusifli məscidinin ümumi girişi qeyri-simmetrik həll edilmiş baş fasad pəncərələr və qapı açırımından ibarət olmuşdur. Buna baxmayaraq həmin açırımları örtən aypara şəkilli tağbəndlər və bu tağbəndlərin yuxarısında qoyulmuş bir neçə daş kitabə xüsusi zövqlə işlənmişdir. Hacı Yusifli məscidinin də ümumi zalında qadınlar üçün ibadət otağı inşa edilmiş və bura daxil olmaq üçün ümumi giriş qapısı yanından ayrıca qapı qoyulmuşdur. Həmin qapının içəri astanasından başlayan pilləkənlər birbaşa qadınlar bölməsinə qalxır. Ümumi giriş qapısının üst tərəfində qoyulmuş bir cüt pəncərə isə həmin bölməni kifayət qədər təbii işıqla təmin edir. Bu məscidin sütunsuz ibadət zalını baş və yan fasadda düzülmüş pəncərələr işıqlandırır. Məscidin dördyamaclı dam örtüyündə azançı üçün “güldəstə” quraşdırılmışdır. Hacı Yusifli məscidinin qarşısındakı meydanın yüksək zövqlə bəzədilmiş sərin sulu bulaq bəzəyir. Həmin bulağın da bütün bədii həlli ilə məscid memarlığı arasında uyğunluq hiss olunur. Odur ki burada hər iki inşaat obyektinə bir kompozisiya kimi baxılır.

Qarabağlı Rızvan Memar Kərbalayi Səfixan Qarabaği