Facebook Pixel Code
Lesya Ukrainkanın heykəli
Baxış sayı:
  • Ünvan:
    28 May, Bakı, Qaradağ, AZ1063
Avtobus

Lesya Ukrainka heykəli. Lesya Ukrainka dvoryan ailəsində doğulmuşdur. Anası Olyona Pçilka yazıçı idi. Uşaqlıqdan sümük vərəminə tutulan Ukrainka uzun illər Krımda, Gürcüstanda, İtaliyada və Misirdə yaşamalı olmuşdur. Əsasən tarix-filologiya ev təhsili almış, bir neçə əcnəbi dil öyrənmişdir. Anadan olmasının 100 illiyi Ümümdünya Sülh Şurasının qərarı ilə qeyd edilmişdir. Bakının Qaradağ rayonunda abidəsi var. 2011-ci il fevralın 24-də Lökbatan qəsəbəsində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli Ukrayna şairi Lesya Ukrainkanın 140 illik yubileyi geniş qeyd olunmuşdur. Bakı şəhəri Qaradağ rayonu və Kiyev vilayətinin İrpen şəhəri arasında qardaşlıq əlaqələri haqqında anlaşma olmuşdur. Bu münasibətlə Qaradağ Rayon İcra Hakimiyyəti və Kiyev vilayətinin İrpen Şəhər Administrasiyası 2003-cü il iyulun 27-də əməkdaşlıq haqqında saziş imzalamışlar. Yaranmış əlaqələrin təzahürü olaraq Qaradağ rayonunun Lökbatan qəsəbəsində şairin adına park salınmış, 2004-cü ildə həmin parkda şairin büstü qoyulmuşdur.

INSTAGRAM
posts
followers
Follow