Facebook Pixel Code
General-mayor Həzi Aslanovun heykəli
Baxış sayı:
  • Ünvan:
    Mehdi Hüseyn, Bakı, Səbail, AZ1009
Avtobus

1949-cu ildə Dağüstü parkda qoyulmuşdur. Heykəltəraş F. Əbdürrəhmanov.

Həzi Əhəd oğlu Aslanov (1910-24.01.1945) – tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı. 1910- cu ildə Lənkəranda (Azərbaycan) doğulmuşdur. 1924-30 –cu illərdə Bakı və Leninqrad hərbi məktəblərini bitirmişdir.

1941-1945-ci illər sovet-alman müharibəsinin başlanmasının ilk günlərindən Həzi Aslanov cəbhədə olmuşdur. Moskva altındakı vuruşmalarda döyüşün bacarıqla aparılmasına və polka rəhbərliyinə görə kapitan Həzi Aslanova podpolkovnik rütbəsi verilmişdir. Onun sərkərdəlik istedadı Stalinqradın müdafiəsi zamanı xüsusilə açıldı. Onun komandirlik etdiyi 55-ci ayrıca tank polku, Minşteynin tank ordusuna hiss olunacaq dərəcədə zərbə vurdu və 1942-ci ildə alman-faşist qoşunlarının Stalinqrad altındakı darmadağınında əhəmiyyətli rol oynadı. Bu döyüşlərdə göstərilmiş qəhrəmanlıq və igidliyə görə Həzi Aslanov 1942-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, ayrıca 55-ci tank polku isə qvardiya tank polku oldu. 1944 –cü ildə Həzi Aslanov 32-ci tank briqadasının komandiri təyin olunmuşdur və tank qoşunları general-mayoru rütbəsini almışdır, Belarusiya və Pribaltikanın azad olunması uğrunda döyüşlərdə iştirak etmişdir. O, 1945-ci ilin yanvarında, Mitava şəhəri yaxınlığında, amansız döyüşdə qəhrəmancasına həlak oldu. Ölümcül yaralanmış, amma sona qədər döyüş postunda qalmış komandirin son raportu belə oldu: "Tapşırıq yerinə yetirildi, tanklar irəli gedir". Şöhrətli tankçını Bakıda dəfn etdilər.

Aslanov Həzi Əhəd oğlu çoxlu orden və medallarla, o cümlədən 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov, Aleksandr Nevski ordeni ilə təltif edilmişdir. O, Sovet İttifaqı Qəhrəmanının ikinci ulduzuna ölümündən sonra, 1991-ci ildə layiq görülmüşdür. Hal-hazırda, Həzi Aslanovun adını respublikanının çoxlu şəhər və kəndlərində küçələr, məktəblər, mədəniyyət evləri və digər müəssisələr daşıyır. Onun haqqında romanlar, povestlər, poemalar və şeirlər yazılımışdır. Şöhrətli generala Bakıda heykəl qoyulmuşdur, Lənkəranda ev-muzeyi yaradılmışdır, 10 dekabr 2002-ci ildə isə Bakı metropolitenində onun adını daşıyan stansiya açılmışdır.

 

INSTAGRAM
posts
followers
Follow