Facebook Pixel Code
Bayraq
Baxış sayı:
  • Ünvan:
    Neftçilər, Bakı, Səbail, AZ1000
Avtobus
Azərbaycan Respublikasının Dövlət Bayrağı MeydanıDövlət Bayrağı Meydanı Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə -istirahət kompleksidir. Meydanın açılışı 2010- cu ilin sentyabrın 1- də olmuşdur. Meydanın üst hissəsinin sahəsi 3 hektar, ümumi ərazi isə 60 hektardır. Burada Azərbaycan Respublikasının dövlət rəmzləri – gerbi, himninin mətni, xəritəsi təsvir edilibdir. Azərbaycan Respublikasının dövlət rəzmləri qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır. Meydanın mərkəzində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılmışdır. İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir. Dövlət Bayrağı Meydanında, həmçinin Dövlət Bayrağı Muzeyi fəaliyyət göstərir.
INSTAGRAM
posts
followers
Follow