Facebook Pixel Code
GoMap XƏRITƏ
Heydər Əliyevin heykəli
Baxış sayı:
  • Ünvan:
    Heydər Əliyev, Naxçıvan, AZ7000
Avtobus

Qədim Qəbələ - Miladdan əvvəl IV əsrdən başlayaraq ölkənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan, eramızın I əsrindən etibarən yazılı mənbələrdə adı çəkilən Qəbələ Albaniyanın ilk paytaxt şəhəri olub. Təqribən 2500 il yaşı olan və 9 əsr Qafqaz Albaniyasının paytaxtı olmuş Qədim Qəbələ şəhəri dünyanın Babil, Troya, Pompey kimi qədim və məşhur şəhərlərilə müqayisə ediləcək dərəcədə mühüm, siyasi-iqtisadi və ticarət mərkəzlərindən biri olmuşdur. Antik dövrə aid böyük binaların qalıqları, qala divarları və maddi mədəniyyət abidələri Qəbələnin çox möhtəşəm bir şəhər olduğunu sübut edir. Qədim Qəbələ eramızdan əvvəl IV əsrin sonu III əsrin əvvəllərində şəhər kimi meydana gələrək eramızın XVIII əsrinin ortalarına qədər yaşamışdır. XVIII əsrin ortalarında Qəbələ öz əvvəlki əzəmət və əhəmiyyətini itirmiş, əhali tədricən buradan köçmüşdür. Hazırda Qədim şəhərin xarabalıqları rayon mərkəzindən 15 - 20 km məsafədə, Qaraçay və Covurlu çayının arasındakı ərazidə, Çuxur Qəbələ kəndində yerləşir. Qədim Qəbələ 25 hektar əraziyə malik olmuşdur. Alban hökmdarlarının baş iqamətgahı orada yerləşirdi. Eramızdan əvvəl 60-cı illərdə Roma qoşunları Albaniyaya hücum etsələr də, Qəbələni işğal edə bilməmişlər. Roma müəllifi Böyük Plini ( I əsr) Qəbələni Kabalaka, yunan coğrafiyaşünası Ptolemey ( II əsr) Xabala, ərəb tarixçilərindən Balazuri (IX əsr) Xəzər adlandırmışlar.
Qəbələ şəhəri Qala, Səlbir və Çaqqallı adı ilə bəlli olan üç əsas hissədən ibarətdir. Qaraçay və Qoçalan çayları arasında Çaqqallı (ərazisi 50 ha-dır) adı ilə tanınan sahədə aparılmış tədqiqatlar nəticəsində e. ə IV əsrdən başlayaraq eramızın I əsrinin sonlarınadək orada intensiv şəhər həyatı olduğu sübuta yetirilmişdir. Şəhərin Səlbir adlanan hissəsində (ərazisi təqribən 13 ha-dır) I-X əsrlərə, Qalada (ərazisi təqribən 12 ha-dır) isə I-XVII əsrlərə aid bir neçə metr qalınlığında zəngin mədəni təbəqə olduğu müəyyən edilmişdir. Göründüyü kimi, Çaqqallıda şəhər həyatı kəsildikdən sonra Səlbir və Qalada həyat başlanıb. X əsrdən etibarən isə şəhərin ancaq Qala hissəsində həyat davam edib. Şəhərin Qala və Səlbir hissəsində aşkar edilən ən möhtəşəm tikintilər, o cümlədən bu günədək öz əzəmətini qoruyub saxlayan qala divarları və bürcləri də məhz V əsrdən sonrakı dövrdə inşa edilib.
Qəbələnin qala divarları özünün möhtəşəmliyi ilə Azərbaycanın digər orta əsr şəhərlərinin müdafiə sistemindən xeyli fərqlənir. Səlbirin divarları əsasən Sasani dövrü arxitekturası üçün xarakterik olan çiy kərpicdən və yonulmuş çay daşından istifadə olunmaqla inşa edilib. Yarımdairəvi formada olan bürc möhrədən və tərkibində saman qatışığı olan çiy kərpicdən tikilmişdir. Bürcün daxili hissəsinin diametri 3 m-dir. Həm qala bürcünə, həm də onun davamı olan divarlara xaric tərəfdən çiy kərpiclə üzlük vurulmuşdur. Qala divarlarının daxili tərəfində isə çay daşı, bişmiş kərpic və əhəng məhlulu ilə tikilən köməkçi divar qalıqları olduğu müəyyənləşdirilmişdir. Tədqiqatçıların fikrincə 6 m uzunluğu olan bu divar əsas qala divarlarından sonra, bərpa məqsədilə tikilib.
Hündürlüyü 14 m olan daha bir bürc düzbucaqlı formasındadır. Yonulmuş çay daşı və əhəng məhlulu ilə tikilib, daha sonra isə tuf daşdan üzlük vurulub. Mütəxəssislərin fikrincə, e.ə I əsrdə tikilən bu bürc əsrlər boyu şəhərin etibarlı müdafiə sisteminə xidmət etmişdir. Qeyd olunan bürcdən bir qədər şimal tərəfdə uzunluğu 35 m, hündürlüyü 1 m, qalınlığı isə 2,4 m olan divar qalıqları aşkar edilmişdir. Həmin divar da yonulmuş tuf daşdan və əhəng məhlulundan istifadə olunmaqla inşa edilib.

Şəhərin Qala hissəsinin müdafiə divarları elə ilk baxışdan möhtəşəmliyi ilə diqqəti cəlb edir. Bu günə qədər özünün ilkin görkəmini saxlamış olan cənub divarları xüsusilə daha əzəmətlidir. Qalanın əsas qapısı da cənub tərəfdəndir. Qapı yerinin sağında və solunda olan nəhəng bürclər demək olar ki, tam salamat vəziyyətdə qalmaqdadır. Qala divarlarının bünövrə hissəsi dördkünc formada yonulmuş iri tuf daşlardan, yuxarı hissəsi isə müxtəlif ölçülü bişmiş kərpiclərdən istifadə olunmaqla hörülüb. Tikintidə ölçülərinə görə fərqlənən 15 növ kərpicdən istifadə olunub. Maraqlı burasıdır ki, qalanı tikən ustalar bişmiş kərpiclərin ölçü və düzülüş müxtəlifliyindən məharətlə istifadə etməklə sözün əsl mənasında nadir memarlıq nümunəsi yarada bilmişlər. Qalanın cənub divarında 4 bürc qalıb. Onların hamısı yarımdairəvi formadadır. Hündürlüyü təqribən 10-14 m, diametri 6-8 m, divarlarının qalınlığı isə 4 m olan qala bürclərində 70 cərgəyədək bişmiş kərpicdən istifadə olunub.
Qəbələ antik dövrdə olduğu kimi, orta əsrlərdə də çox mühüm sənətkarlıq mərkəzi olaraq qalmaqda idi. Arxeoloji qazıntılar zamanı tapılmış zəngin maddi mədəniyyət nümunələri orada daşişləmə, metalişləmə, sümükişləmə, ağacişləmə, dulusçuluq, şüşə istehsalı, zərgərlik, boyaqçılıq, dabbaqlıq, toxuculuq və bir sıra digər sənət sahələrinin geniş inkişafından xəbər verir. Görünür, Qəbələ regionun mərkəzi kimi, həm də ətraf yaşayış məntəqələrinin əhalisinin sənətkarlıq məhsullarına olan ehtiyaclarını ödəyirmiş.
Tədqiqatlar zamanı əldə olunmuş sikkələr, fayans, farfor və seladon qab nümunələri Qəbələnin XVI-XVII əsrlərdə dünyanın bir sıra ölkələri, o cümlədən İran və Çinlə olan intensiv ticarət əlaqlərəindən xəbər verir. Bütün bunlar isə ona dəlalət edir ki, paytaxtın Bərdəyə köçürülməsi heç də Qəbələnin ölkənin əsas şəhəri olmaq funksiyasını itirməsinin nəticəsi kimi izah oluna bilməz. Elə isə paytaxt hansı zərurət nəticəsində ölkənin əsas şəhərindən aran ərazidə yerləşən Bərdəyə köçürülüb? Bizə belə gəlir ki, bu, hər şeydən öncə Mehranilərin gəlişi, Girdiman vilayətinin hərbi-siyasi cəhətdən güclənməsi və faktiki olaraq onun Sasani İranından asılı olmaması ilə əlaqədar olmuşdur.

http://www.anl.az/down/meqale/xalqqazeti/xalqqazeti_yanvar2009/66781.htm

http://deyerler.org/30897-qjjdim-qjjbjjljj-ejjhjjrinjj-gjjkilmie-yeraltd-su.html

http://www.mct.gov.az/?/az/cities/view/340/

http://www.adalet-az.com/new/2010/04/01/read=45065

http://www.ayna.az/2009-08-22/culture/539-Ilyas-Babaev-arkhelogiya

Son xəbərlər