Facebook Pixel Code
GoMap XƏRITƏ
Mirzə Ələkbər Sabirin heykəli
Baxış sayı:
  • Ünvan:
    İstiqlaliyyət, Bakı, Səbail, AZ1000
Avtobus

“İsmailiyyə” binası ilə yanaşı bağda, 1958-ci ildə qoyulmuşdur.Heykəltəraş C.Qaryağdı, arxitektorlar Q.Əlizadə, A.İsmayılov. Tuncdan, qara qranitdən və mrmərdən işlənmiş heykəl 9 metr hündürlüyə malikdir.

Bu monumentin yerində, Sabirə bütün boyuna görə hazırlanmış və 1923-cü ildə qoyulmuş digər heykəl mövcud idi. Bağın genişləndirilməsi ilə əlaqədar olaraq, heykəli dəyişmək qərarına gəldilər. Heykəl dəyişdirildikdən sonra, xalq arasında belə bir lətifə gəzirdi ki, Sabiri “oturtdular”.

Sabir – Mirzə Ələkbər Tahirzadənin (30.5.1862-12.7.1911), görkəmli Azərbaycan şairinin, satirikinŞ ictimai xadimin ədəbi təxəllüsüdür. Mirzə Ələkbər Şamaxıda xırda ticarətçi ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini dini məktəbdə - mollaxanada almışdır, orada 8 yaşından başlayaraq şeirlər yazmağa başlamışdır. Atası onu dini xadim və ya ticarətçi görmək istəyirdi, lakin oğlunun qətiyyətini görərək, onun poeziya ilə məşğul olmasının qarşısını almadı. Sabir bir müddət Orta Asiyada yaşamışdır, orada o vaxtın qabaqcıl adamları ilə görüşmüşdür. 1903-cü ildən başlayaraq, o aktiv olaraq, müxtəlif qəzetlərdə çap olunmağa başlayır. C.Məmmədquluzadə ilə dostluq, Sabiri 1906-1911 –ci illərdə “Molla Nəsrəddin” ədəbi-satirik jurnalı ilə aktiv əməkdaşlığa gətirdi. O, öz satirik şeirlərində fanatizmə, dini mövhumata gülürdü. 1908-ci ildə Sabir pedaqoji fəaliyyətə icazə alır və Şamaxıda “Ümid” məktəbini açır. Amma, hücumlara məruz qalaraq, məktəbi bağlamağa və 1910-cu ildə Bakıya köçməyə məcbur olur. O, burada qəzetlərdə korrektor, Balaxanı məktəbində müəllim işləyir.

Sabir bütün həyatı boyu yoxsulluq uçərisində yaşadı və 1911-ci ildə ciyər xəstəliyindən vəfat etdi. Şamaxıda dəfn olunmuşdur. Sabir Azərbaycan satirik poeziyasının banisi sayılır. Ona, öz “Hophopnamə” satirik əsərlər toplusunun işıq üzü görməsinə qədər yaşamaq qismət olmadı. Bu populyar ktabdır, burada onun şeirləri daha geniş təqdim olunmuşdur, 1912-ci ildə, ölümündən sonra, qabaqcıl ziyalıların topladığı vəsait hesabına çap olunmuşdur.

 

Son xəbərlər