Facebook Pixel Code
Hüseyn Cavidin heykəli
Baxış sayı:
  • Ünvan:
    Hüseyn Cavid, Bakı, Yasamal, AZ1073
Avtobus

1993-cü ildə, Elmlər Akademiyası qarşısındakı bağda qoyulmuşdur.Heykəltəraş Ö.Eldarovdur. 2002 və 2008 –ci illərdə bağ rekonstruksiya olunmuşdur. Nəticədə, su kompleksi əmələ gətirən bir neçə fontanlar yaranmışdır. Heykəl, fontanlarla beş su camı – ikisi abidənin önündə və arxasındakı üç hovuzla birləşərək hovuzlarla əhatəyə alınmışdır.

Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə (1882-1944)) – böyük Azərbaycan dramaturqu, şair və ictimai xadimidir. İstanbul universitetinin filologiya fakültəsinin məzunu, 1913-cü ildə özünün ilk kitabını – “Keçmiş günlər” –i nəşr etdirmişdir. O, irqi və dini ayrıseçkiliyə qarşı yönəlmiş, insanı və sevgini tərənnüm edən “Şeyx Sənan” romantik faciəsinin, həmçinin bir sıra digər zəkalı şerlərin və prozaik dram əsərlərinin və poemalarının müəllifidir. Onun "İblis", "Maral", "Topal Teymur" kimi dram əsərləri fəlsəfi düşüncə dərinliyi ilə fərqlənir və Azərbaycan ədəbiyyatının klassikası adlanır. Hüseyn Cavidin pyeslərinin personajları sayəsində Arif, Afət, Vaqif, Siyavuş, Sənan, Xəyyam, Xumar, Şeydaq və digər azərbaycanlı şəxs adları populyar olmuşdur.

Hüseyn Cavid 1937 –ci ildə stalin rejimi tərəfindən əksinqilabi qrup yaratması ittihamı ilə günahlandırılmışdır. Baxmayaraq ki, onun günahı sübut olunmamışdır, o 8 il məhkum olunmuşdur. Hüseyn Cavid sürgündə, İrkutskda, bolşevik konslagerində 1944-cü ildə vəfat etmişdir. 1953 –cü ildə onun adı reabilitasiya olunmuşdur, cənazəsi isə vətəni Naxçıvanda yenidən dəfn olunmuşdur.

INSTAGRAM
posts
followers
Follow