Şəhidlər abidəsi SarayAbşeron rayonunun Saray qəsəbəsində 2016-cı ilin may ayında yenidən inşa edilən Şəhidlər Xiyabanının və Şəhidlər Parkının açılışı olub.Parkda 550 kvadratmetr əraziyə qazon salınıb, 250 kvadrat m tamet daşı döşənib, 300 ədəd həmişəyaşıl ağac və gül kolları əkilib. Həmçinin parka içməli su xətti çəkilib, suvarma sistemi quraşdırılıb, oturacaqlar qoyulub, işıqlandırma sistemi yenidən qurulub.Şəhidlər Xiyabanında qara qranitdən istifadə olunmaqla şəhidlərin məzar daşları yenilənib, ətraf əraziyə 230 kubmetr üzlük və tamet daşları döşənib, müasir işıqlandırma sistemi quraşdırılıb, ağac və gül kolları əkilib.