Facebook Pixel Code
GoMap XƏRITƏ
Məhəmməd Füzulinin heykəli
Baxış sayı:
  • Ünvan:
    Füzuli, Bakı, Yasamal, AZ1009
Avtobus

Füzuli meydanında, dram teatrının qarşısında qoyulmuşdur. Heykəlin təntənəli açılışı 2 iyun 1962-ci ildə olmuşdur. Heykəltəraşlar T. Məmmədov və Ö. Eldarov, arxitektor Q. Muxtarovdur. Heykəl tuncdan tökülmüşdür və qranit pyedestalda qoyulmuşdur. Bu işə görə, heykəltəraşlar Tokay Məmmədov və Ömər Eldarov SSRİ Rəssamlıq Akademiyasının gümüş medallarını almışlar.

Füzuli Məhəmməd Süleyman oğlu (1494 -1556) – Azərbaycan şairi və mütəfəkkiri.Bağdad şəhəri yaxınlığındakı Kərbəla şəhərində, vətəni, əvvəlki əsrlərdə baş vermiş qızğın hadisələr səbəbindən tərk etmiş və öz taleyini İraqla bağlamış, amma öz dilini, adət və ənənələrini saxlamış, Azərbaycanla canlı əlaqələr saxlayan azərbaycanlı ailəsində dünyaya gəlmişdir. Füzuli, ibtidai təhsilini Kərbəla şəhərində alaraq, təhsilini Bağdadda davam etdirmişdir. Riyaziyyatı, məntiqi, təbabəti, humanitar elmləri, fəlsəfəni, ərəb, fars, türk ədəbiyyatını öyrənmişdir.

Füzuli, hələ uşaqlıqdan şerlər yazmağa başlamış və lirik şair kimi şöhrət tapmışdır. Baxmayaraq ki, o şerləri Şah İsmayıl Xətai, Şah Təhmasib və digər hökmdarlara həsr etmişdir, o heç zaman saray şairi olmamışdır. O, öz şeirlərində onları ədalətə, təmizliyə çağırırdı. Füzuli, o vaxtların əksər şairləri kimi öz əsərlərini üç dildə - Azərbaycan, fars və ərəb dillərində yazmışdır, amma ən gözəl lirik şeirlərini Azərbaycan dilində yaratmışdır. Onun məhəbbət və gözəllik haqqında lirik qəzəlləri indiyə qədər də xalq arasında sevilir və oxunur. Füzuli, həmçinin bir neçə fəlsəfi əsərlərin və tərcümələrin müəllifidir. Amma, onun ən əhəmiyyətli işi “Leyli və Məcnun” poeması oldu. Süjetin mövzusuna, ilk dəfə Nizamidə rast gəlinir, amma Füzuli tərəfindən Azərbaycan dilində yazılmış poema xüsusi lirikliyi və orijinallığı ilə fərqlənir.

Füzuli demək olar ki, bütün həyatını Kərbəlada (İraq) yaşamışdır və orada da dəfn olunmuşdur.

Son xəbərlər