Facebook Pixel Code
Əliağa Vahidin heykəli
Baxış sayı:
  • Ünvan:
    Kiçik Qala, Bakı, Səbail, AZ1000
Avtobus
Əliağa Vahidin heykəliFüzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir. Əliağa Vahidin heykəli estetik baxımdan Bakıdakı ən gözəl heykəldir. Heykəli belə gözəl edən onun üzərindəki insan fiqurlarıdır. Heykəl 1990-cı ildə ildə qoyulub, ancaq indiki yerində yox, hazırkı Filarmoniya bağında. İndi isə heykəl İçərişəhərin İçərişəhər metrosunun arxasındakı girişinə yaxın bir yerdədir. Heykəlin müəllifi Rahib Həsənovdur. Müəllif niyə bu cür fərqli, fərqli olduğu qədər də gözəl olan işi düzəltdiyini belə açıqlayır: “..qəfil öz-özümə fikirləşdim, bizim fikrimiz harada olur? Xeyir işimiz də, şər işimiz də başımızda olur. Bunu çölə çıxartmaq lazım idi. Elə belə, özüm üçün bu ideyanı işlədim.
INSTAGRAM
posts
followers
Follow