Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Yusif Məmmədəliyevin büstü
Baxış sayı: 2202
  • Ünvan:
    Heydər Əliyev, Ordubad, AZ6900
Avtobus

Ordubad şəhərində monumental sənət abidəsidir. Heydər Əliyev prospektində, tarix-diyarşünaslıq muzeyinin arxasındakı Yusif Məmmədəliyev meydanında ucaldılmışdır. Abidə yaşıl rəngə çalan qranitlə üzlənmiş iki yaruslu pyedestal və eyni rəngdə qranitlə üzlənmiş kürsülük üzərində, açıq qəhvəyi rəngə çalan qranitdən yonulmuşdur. Kürsülükdə böyük hərflərlə alt-alta Akademik Yusif Məmmədəliyev sözləri və 1905-1961 tarixləri yazılmışdır. Büst tək parça qranitdən yonulub. Portret janrına daha yaxındır. Qorelyef formasında olan portretin əsasən üz cizgilərini qabardan heykəltəraş böyük elm adamı Yusif Məmmədəliyevin xarakterik cizgilərini plastik ştrixlərlə verməyi bacarmışdır. Akademikin sakit və təmkinli görkəmini tamamlayan tam yonulmamış qranit parçası, sanki yarımçıq qalmış alim ömrünün daş salnaməsini əks etdirir. Abidə 1975 idə qoyulmuşdur.

Naxçıvan abidələrinin ensiklopediyası