Facebook Pixel Code
GoMap XƏRITƏ
İsmayıl bəy Qutqaşınlının qəbirüstü abidəsi
Baxış sayı:
  • Ünvan:
    Heydər Əliyev, Qəbələ, AZ3600
Avtobus
İsmayıl bəy Qutqaşınlının qəbirüstü abidəsi – Qəbirüstü abidə ədibin evinin yaxınlığındakı Sultanbaba qəbiristanındadır. 1861-ci ildə hazırlanmış abidədə müsəlman qaydalarına uyğun olaraq İ. Qutqaşınlının rəsmi verilməmişdir. Abidənin üzərindəki oyma ilə yazılmış ərəbcə yazıdan məlum olur ki, qəbir İ. Qutqaşınlıya məxsusdur. 1985-86-cı illərdə görkəmli Azərbaycan yazıçısı, hərbi və içtimai xadim İ.B.Qutqaşınlının ev muzeyi yaradılmış və yazıçının məzarüstü abidəsi yenidən işlənmişdir. İsmayıl bəy Qutqaşınlı 1809-cu il yanvarın 27-də Nuxa qəzasının Qutqaşın mahalında ərazinin hakimi Sultan Nəsrullahın ailəsində anadan olmuşdur. Uşaqlıq illərində elmi və dini təhsil almışdır. 1818 ci ildə Rus ali hərb məktəbində təhsil almağa göndərilir. Gizirlikdən General –mayor ali hərbi rütbəsinə qədər yüksəlir. 4cü dərəcə müqəddəs Georgi ordeninə layiq görülən ilk azərbaycanılıardan biridir. “Rəşid bəy və Səadət xanım” əsəri ilə Azərbaycan ədəbiyyatında müasir nəsr hekayə janınırının ilk nümayəndəsi hesab edilir. “Səfərnaməsi” ilə Azərbaycan coğrafiyası üçün qiymətli məlumatlar vermişdir. Azərbaycan xalqının maariflənməsində və maarif hərakatının inkişafında birbaşa xidmətləri olmuşdur. Xalq arasında həm də xeyriyyəçi kimi tanınmışdır. İ.Qutqaşınlı 1861-ci il avqustun 14-də Ağdaş karvansarasında dincələrkən xanımı Bikə xanım Usmiyev ilə birlikdə zəhərlənərək vəfat edib. Onun hökumətin əli ilə ermənilər tərəfindən öldürüldüyü ehtimal olunur. O, Ağdaşdan Qutqaşına (Qəbələyə) gətirilərək Sultanbaba qəbiristanında dəfn olunub. 1852-ci ildə İsmayıl bəy xanımı Bikə, bibisi Surə, Mirzə Hacı Əliəfəndi və digərləri ilə birlikdə həcc ziyarətinə yola düşüb. “Yol qeydləri” vəya “Səfərnamə” adlanan əsərində getdiyi yerlər haqqında İsmayıl bəy məlumat verib. “Yol qeydləri”ndə kimlərlə görüşməsi, hansı əraziləri gəzməsi qeyd olunub. Hətta 1854-cü ilin aprelində Anadolu ordusunun marşalı Zərif Mustafa paşa İsmayıl bəyə gizli məktub göndərərək ondan Azərbaycan və Dağıstanda Rusiya əleyhinə üsyan təşkil etməyi xahiş edib. Lakin bu məktub erməni polkovniki M.T. Loris-Məlikovun casuslarının əlinə keçib. Buna görə də 1855-ci ildən etibarən çar hökuməti İsmayıl bəyi nəzarətə götürüb. İsmayıl bəyin öldürülmə səbəbi də budur. “Səfərnamə”nin bir nüsxəsi Şıx baba pirindən tapılıb, həmin nüsxəni İsmayıl bəyin dostu Hacı Əliəfəndi üzünü köçürüb, bir çox kitabların məhv edildiyi dönəmdə, əsərin qorunması üçün xalqın inam bəslədiyi pirdə gizlədilib. Hazırda 126 səhifəsi tapılmışdır.http://ib.gabalacity.com/az/http://ib.gabalacity.com/az/
Son xəbərlər