Facebook Pixel Code
GoMap XƏRITƏ
Böyük Vətən müharibəsi iştirakçılarının xatirə abidəsi
Baxış sayı:
  • Ünvan:
    Zərifə Əliyeva, Qəbələ, AZ3600
Avtobus
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının xatirə abidəsi (“Ana” abidəsi) – Abidə 1941-1945-ci illərdə baş vermiş Böyük Vətən müharibəsində Azərbaycan xalqının faşizm üzərində qələbəsi münasibətilə yaradılmışdır. Abidənin əsas hissəsi ana simvolunu ehtiva edən qadın heykəlindən ibarətdir. Heykəlin arxasında yarımdairəvi divar üzərində dövrünün sovet əsgərlərinin surətlərindən ibarət barelyef quraşdırılmışdır. Abidənin ətrafı abadılaşdırılmış və kiçik park salınmışdır. Abidə hər il mütamadi olaraq 9 may faşizm üzərində qələbə günü geniş rayon ictimaiyyəti və ziyalılar tərəfindən ziyarət olunaraq gül dəstələri qoyulur. 2010-cu ildə abidə əsaslı şəkildə təmir olunub. Faşizm üzərində qələbənin 65 illiyi münasibətilə Böyük Vətən Müharibəsində həlak olan qəbələlilərin xatirəsinə ucaldılmış “Ana” abidə kompleksinin əsaslı təmirdən sonra açılışı olmuşdur. Rayon ictimaiyyətinin nümayəndələri, veteranlar abidə kompleksinin önünə gül dəstələri düzmüş, müharibədə həlak olan həmvətənlərimizin xatirəsini ehtiramla yad etmişlər. Böyük Vətən Müharibəsində xalqımız 600 mindən çox oğul və qızını cəbhəyə yola salmışdır ki, onların təxminən yarısı döyüşlərdə həlak olmuşdur. Qəbələ rayonundan 6000 nəfər müharibədə iştirak etmiş və onlardan yalnız 3000-ə yaxını Vətənə dönmüşdür. Hazırda Qəbələdə Böyük Vətən Müharibəsinin 39 iştirakçısı yaşayır.http://azertag.az/xeber/QABALADA_ANA_ABIDA_KOMPLEKSININ_ACHILISI_OLMUSDUR-478150http://www.xalqqazeti.com/az/news/social/9800
Son xəbərlər