Facebook Pixel Code
GoMap XƏRITƏ
Nəriman Nərimanovun heykəli
Baxış sayı:
  • Ünvan:
    Nəriman Nərimanov, Bakı, Yasamal, AZ1009
Avtobus

Heykəlin təntənəli açılışı 6 iyun 1972-ci ildə olmuşdur.Heykəltəraş C. Qaryağdı, arxitektorlar T. Abdullayev, Qədimovdur.

Nəriman Nərimanov (14.4.1870-19.3.1925) – sovet partiya və dövlət xadimi, publisist, həkim. Tiflisdə anadan olmuşdur. Nəriman ibtidai təhsilini Qori seminariyasında almışdır, oranı 1890-cı ildə bitirib və Bakıya köçmüşdür. Bakı progimnaziyasında müəllim işləməklə, həmçinin ədəbi fəaliyyətlə məşğul olmuşdur – Qoqolun “Müfəttiş” komediyasını Azərbaycan dilinə tərcümə etmiş və özünün ilk “Nadanlıq” dramını başa çatdırmışdır. 1894 –cü ildə Bakıda ilk dəfə ictimai qiraətxana açmışdır. Sonra, Nərimanov təhsilini Novorossiysk universitetində davam etdirmişdir, belə ki, 1902-1905-ci illərdə tibb fakültəsində oxumuşdur. Onun təhsil almasına özünün xeyriyyəçiliyi ilə məşhur olan H.Z. Tağıyev sponsorluq etmişdir. Nərimanov təhsil illərində siyasətə qoşulur və 1905-ci ildə bolşevik olur. Sonra – Həştərxana sürgün. 1913-cü ildə Bakıya qayıdaraq, o həkimlik, publisistik və inqilabi fəaliyyətlə məşğul olur. O, 1917 –ci ildə “Hümmət” bolşevik təşkilatına başçılıq edir. Nərimanov 1918-ci ildə Xalq Komissarları Bakı Sovetində şəhər təsərrüfatı üzrə xalq komissarı seçilmişdir. 1919-1920 Azərbaycan Demokaratik Respublikası illərində o, Moskvaya gedir.

28 aprel 1920-cil sovet çevrilişindən sonra, Leninin şəxsi göstərişi ilə, Nərimanov AzSSR Xalq Komissarları Sovetinə başçılıq edir. Onu Bakıya, həyat yoldaşı Gülsüm xanımla və oğlu yaşyarımlıq Nəcəflə birlikdə, 16 may 1920-ci ildə xüsusi təyinatlı qatar gətirdi. Nərimanov inqilab ideyalarına, kommunist cəmiyyətinin qurulmasının mümkünlüyünə inanırdı. Lakin, amansızcasına səhv etdi. O, bunu başa düşdükdə, artıq gec idi. A. Mikoyan, L. Mirzoyan, Sarkis və digər “partiya yoldaşlarının” əhatəsində ona çətin idi. Əgər Nərimanov olmasaydı, məlum deyildi ki, Azərbaycan nə qədər ərazi itirə bilərdi. Nə vaxt lazım olurdusa, o Moskvanın göstərişlərinə kəskin və qəti cavab verirdi. 1922 –ci ildə Nərimanov Zqafederasiyanın sədri seçilir, sonra isə - SSRİ MİK Sədrlərinin dördündən biri. O, bu vaxt yazırdı: "...Moskvada yüksək vəzifə vermək görüntüsü ilə çıxarırlar. Və həqiqətən, məni SSRİ MİK Sədri seçirlər. Mirzoyan və Serqo şənlik edirlər: məni çıxardılar və xüsusi heç nə baş vermədi, hətta heç kim Nərimanovun adını çəkməyə cürət etmədi... Belədə bədbəxt Azərbaycan vicdansız fırıldaqçıların əlində oyuncaq olacaqdır..."

Nərimanov 19 mart 1925 –ci ildə vaxtsız, müəmmalı şəraitdə Moskvada vəfat etdi və Qızıl Meydanda Kreml divarları yanında dəfn olundu. O, ölümünə bir az qalmış öz oğlu Nəcəfə yazırdı: "Mənim əziz oğlum Nəcəf. Əgər mənə yaşamaq qismət olsa, onda mən səni elə tərbiyə etməyə çalışacağam ki, insanlığa xeyir gətirəsən. Əgər mənə ölüm qismət olsa, onda mən səndən xahiş edəcəyəm ki, sən insanlara heç olmazsa, mənim, sənin atanın etdiyi qədər edəsən".

 

Son xəbərlər