Facebook Pixel Code
GoMap XƏRITƏ
Mehdi Huseynzadənin heykəli
Baxış sayı:
  • Ünvan:
    Abbasqulu ağa Bakıxanov, Bakı, Yasamal, AZ1065
Avtobus

1957-ci ildə, Tbilisi prospektində qoyulmuşdur.Heykəltəraş F.Əbdürrəhmanov, arxitektor M. Useynov.

Mehdi Hənifə oğlu Hüseynzadə (22.12.1918-16.11.1944) – Müqavimət Hərəkatının iştirakçısı, məşhur partizan, ölümündən sonra üç xalqın (nadir, ola bilər ki, yeganə hadisə) - İtaliya, Yuqoslaviya və Sovet İttifaqının qəhrəmanı olmuş.Mehdi Hüseynzadə Bakıda anadan olmuşdur. Burada rəssamlıq məktəbini qurtararaq, Leninqrad xarici dillər institutunda təhsilini davam etdirmişdir. Müharibənin başlanması ilə əlaqədar olaraq, Mehdi yüz minlərlə öz həmyaşıdları kimi orduya çağırılmış və cəbhəyə göndərilmişdir. 1942-ci ildə, Stalinqrad döyüşləri zamanı ağır yaralanır və əsir düşür. Ukraynada, Polşada, Yuqoslaviyada hərbi əsirlər üçün düşərgələrdə olur, 1944-cü ildə ona əsirlikdən qaçmaq mümkün olur və partizan Müqavimət Hərəkatına qoşulur.

Onun igidliyi haqqında əfsanələr gəzirdi. Alman zabiti forması geyinərək, Mixaylo, yoldaşları onu belə çağırırdılar, qiymətli məlumatlar əldə edirdi, partlayışlarda və hərbi əsirlərin azad olunmasında iştirak edirdi. Mehdi Hüseynzadənin faşizmin məhv edilməsinə töhfəsini, hitlerçilərin onun başına qoyduğu qiymət aydın surətdə göstərir. Bu qiymət gün-gündən artırdı: 40 min lir – alman əsgərləri üçün olan yeməkxananın partladılmasından sonra, burada 300-ə yaxın faşist məhv edildi, 300 min – fahişəxananın partladılmasından sonra, burada 80-ə yaxın faşist məhv edildi, həmçinin qəzet redaksiyası və tipoqrafiyasının partladılması, burada partizan Mixaylonun axtarışı haqqında elanlar çap olunurdu, 400 min – 25 hərbi maşından ibarət qarajın məhv edilməsi. Və bu, o adam haqqındadır ki, 21 yaşında cəbhəyə gedir və böyük bacısına yazırdı: "Dünən mənə avtomat və yeni hərbi forma verdilər. Maraqlıdır, mən, Mehdi, bu avtomatla adam öldürə bilərəmmi? Axı, mən heç bir zaman heç bir canlının ölümündə iştirak edə bilməmişəm, belə tərbiyə almışam...". Mehdi Hüseynzadə, növbəti tapşırığı yerinə yetirərkən, qeyri-bərabər döyüşdə həlak oldu və yuqoslav kəndi Vitovledə dəfn olundu.

1952-ci ildə, Moskvaya, Sov.İKP –nın XIX qurultayına italyan kommunistlərinin lideri Palmiro Tolyatti gəlmişdi. Onun özü, Stalinə sovet döyüşçüsünün İtaliya və Yuqoslaviya dağlarında faşizm ilə mübarizədə göstərdiyi qəhrəmanlığı haqqında danışmışdır. Stalin xüsusi orqanlara, Mehdi Hüseynzadənin xatirəsini əbədiləşdirmək üçün, onun döyüş bioqrafiyasını dəqiqləşdirməyə göstəriş verdi. Mehdinin əsir düşməsi faktına baxmayaraq, DTK müstəntiqləri elə misilsiz igidlik faktları ilə qarşılaşdılar ki, onun qarşısında ancaq baş əymək olardı. Yalnız 1957-ci ildə bütün sübut-dəlillər yığıldı və Mehdi Hüseynzadə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edildi. 1958 –ci ildə qorxmaz partizan haqqında “Uzaq sahillərdə” filmi çəkildi.

 

Son xəbərlər