Facebook Pixel Code
GoMap XƏRITƏ
Nardaran qəsəbə Mədəniyyət Mərkəzi
Baxış sayı:
Avtobus

Nardaran qəsəbə Mədəniyyət Mərkəzi Sabunçu rayonu Nardaran qəsəbəsi, N.Əsgərov küçəsi 32 ünvanında yerləşir. Mədəniyyət Mərkəzi 1974-cü ildə yaradılıb. 2018-ci ildə əsaslı təmir edilərək yenidən istifadəyə verilmişdir. Ümumi sahəsi 2500 kv.m-dir.
Mədəniyyət Mərkəzində 200 nəfərlik tamaşa zalı mövcuddur. Mərkəzin nəzdində rəqs, fortepiano, idman, kompüter və s. dərnəklər fəaliyyət göstərir.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nardaran qəsəbə Mədəniyyət Mərkəzində sevilən müğənni Cəvahir Abdulovanın “Doğma diyar” adlı konserti təqdim edilib.

Konsert zamanı Cəvahir Abdulovanın rəngarəng musiqi nömrələri ilə çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertdə həmçinin “Süvar” ləzgi xalq mahnı və rəqs ansamblı, rəqassə Kəmalə Səfərəliyeva da çıxış ediblər.

Sonda Nardaran qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Asif Qurbanov konsert iştirakçılarına təşəkkürnamələr təqdim edib.

 

Son xəbərlər