Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Şüvəlan qəsəbə Mədəniyyət Evi
Baxış sayı: 4483
Avtobus

Şüvəlan qəsəbə Mədəniyyət Evi 1957-ci ildə Şimal DRES-də istifadəyə verilən mədəniyyət müəssisəsidir. 2001-ci ilədək Azərenerji Səhmdar Cəmiyyəti nəzdində fəaliyyət göstərib, 2001-ci ildən etibarən Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin tabeliyinə keçirilib.

2008-ci ildə Şüvəlan qəsəbə Mədəniyyət Evi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilərək qəsəbə sakinlərinin ixtiyarına verilmişdir.

Şüvəlan qəsəbə Mədəniyyət Evi bu gün gənclərin və yeniyetmələrin, eyni zamanda şagirdlərin və azyaşlı uşaqların asudə vaxtlarını səmərəli və məzmunlu keçirmələri, dərsdənkənar vaxtlarda öz dünyagörüşlərini artırmaları, peşəyönümlü kurslarda  fəaliyyətlərini genişləndirmələri üçün əhəmiyyətli işlər reallaşdırır. Bu baxımdan, mədəniyyət evində qəsəbə sakinlərinin arzu və istəkləri nəzərə alınaraq müxtəlif kurs və dərnəklər fəaliyyət göstərir. Milli rəqs, fortepiano, sintezator, saz, nağara, rəsm, məktəbəqədər hazırlıq, ingilis dili, karate, poeziya, kukla teatrı kimi kurs və dərnəklərdə uşaqlar böyük həvəs və maraqla öyrənir, mədəni-kütləvi tədbirlərə, sərgi və müsabiqələrə qatılırlar.

 

Mədəniyyət Evinin fəaliyyəti təkcə kurs və dərnəklərə dinləyiciləri cəlb etməklə məhdudlaşmır, eyni zamanda mədəniyyət müəssisəsində müxtəlif istiqamətli tədbirlər hazırlanıb həyata keçirilir. Vətənpərvərlik, fiziki və estetik tərbiyə mövzusunda bir çox tədbirlər, xüsusilə Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin anım və yubiley mərasimlərinin, xatirə gecələrinin, sərgilərin, musiqi alətlərində ifa üzrə müsabiqələrin keçirilməsi, el bayramları və mərasimlərin təşkili Mədəniyyət Evinin əsas vəzifələrindən biridir.

Şüvəlan qəsəbə Mədəniyyət Evində fəaliyyət göstərən qızlardan ibarət “Məşəl” rəqs kollektivi repertuarını xeyli zənginləşdirmiş, rayon və şəhər əhəmiyyətli tədbirlərdəki maraqlı, yaddaqalan çıxışları hər kəsin diqqətini çəkmişdir. Gənclərdən təşkil olunmuş “Gənclik” instrumental ansamblı da öz repertuarı ilə həmişə qəsəbə sakinlərinin rəğbətini qazanır.