Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Zərdab Rayon Heydər Əliyev Mərkəzi
Baxış sayı:
Avtobus

Heydər Əliyev Mərkəzləri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli- mənəvi dəyərlərinin yaradılması istiqamətində sistemli fəaliyyət göstərir.

Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında, Respublikamızın hərtərəfli inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə ölkəmizin bütün bölgələrində, o cümlədən Zərdab rayonunda da mühüm işlər görülür və vacib layihələr reallaşdırılır.

Orjinallığı ilə Zərdab rayonunun gözəlliyini daha da artıran Heydər Əliyev Mərkəzinin yaradılması, ilk növbədə, zərdablıların dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını nümayiş etdirir.

Zərdab rayon Heydər Əliyev Mərkəzi 07 oktyabr 2012-ci il tarixdə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Zərdab rayonuna tarixi səfəri günündə açılmışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, Azərbaycançılıq məfkurəsini və Heydər Əliyev irsini tədqiqi və geniş təbliğ etmək, bu istiqamətdə tədbirlər həyata keçirmək mərkəzin ən ümdə vəzifəsidir.

Mərkəzin sahəsi 1680 m²-dir

Mərkəz 3 mərtəbədən ibarətdir: I mərtəbə, II mərtəbə, zirzəmi.

I mərtəbədə Rəsm, Xalça, Komputer otağı, Video-foto studiyaları, Virtual sinif, Tədris otağı, Şahmat otağı və mətbəx yerləşir.

II mərtəbədə Akt zalı, Konfrans zalı və Elektron kitabxana mövcuddur.

Şəhərin Heydər Əliyev prospektində yerləşən, ümummilli liderin adını daşıyan parkda inşa olunan Heydər Əliyev Mərkəzi əraziyə xüsusi gözəllik verir.

Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyəti olan Mərkəzdə ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər, tarixi sənədlər, eksponatlar, o cümlədən müxtəlif illərdə Zərdaba səfərlərinə dair fotolar nümayiş olunur. Burada ümummilli liderin həyat və fəaliyyətini, xarici ölkələrdə və ölkəmizin regionlarında keçirdiyi görüşləri əks etdirən 9 fotoguşə yaradılmışdır. Heydər Əliyev Mərkəzinin foyesində ulu öndərin büst kompleksi qoyulmuşdur.

Son xəbərlər